bb5d0ea6e36fb07fa09481fdf2c4eb93

Rusların insan üzərində apardığı qorxunc təcrübə: Əsəbləri zəif olan şəxslər oxumasın – FOTOLAR (18+)

Baxış sayı: 1. 841

1940-cı ilin sonlarında rusiyalı araşdırmaçılar 5 nəfəri 15 gün boyunca insan beynini yatmağa qoymayan qazlarla oyaq saxlayıblar. Bu qorxunc təcrübənin təfərrüatlarını oxuduqca isə insan yaşananlara inanmaqda olduqca çətinlik çəkir.

Beləliklə, baş vermiş dəhşətli təcrübə ilə bağlı araşdırmanı öz oxucularına təqdim edir:

 

Təcrübə üçün seçilmiş 5 nəfər II Dünya Müharibəsində əsir götürülmüş şəxslərdən ibarət idi. Onlar oksigen səviyyəsinin diqqətlə izlənildiyi otaqlarda qalırdılar. Kamera sistemləri qapadılmışdı.

Onları izləyə bilmək üçün sadəcə mikrofonlar və olduqca kiçik ölçüdə olan nəfəsliklərdən istifadə edilirdi. Otaq kitablarla dolu idi. Bundan başqa, “təcrübə otaqları”nda çarpayılar yox idi. Burada beş nəfərə bir ay bəs edəcək qədər yemək və su vardı.

Ä°lgili resim

Təcrübənin qorxunc detalları…

Təcrübə üçün seçilmiş insanlara əvvəlcədən bildirilmişdi ki, onlar 30 gün boyunca yuxusuzluğa dözsələr, sərbəst buraxılacaqlar. İlk 5 gündə hər şey qaydasında idi. 5-ci gündən sonra həmin şəxslər onlara bunu rəva görənlər haqda şikayət etməyə başlayırlar. Bundan sonra onlar aralarındakı danışığı kəsirlər.

Qeyd edək ki, adamlar aralarındakı danışığı mikrofonlar vasitəsilə həyata keçirirdilər. Təcrübənin 6-cı günündə daha bir qəribə hadisə yaşanır. Onlar mikrofonlara üfürməyə və otağı nəzarətdə saxlamaq üçün düzəldilmiş nəfəsliklərin yanında dayanaraq, asta səslə danışmağa başlayırlar.

Qəribə olan isə budur ki, onlar bu təcrübəni digər təcrübədə istifadə edilənlərin vasitəsilə qazana biləcəklərini düşünürdülər. Yəni, bir-birlərindən istifadə edərək, azadlığa qovuşacaqlarını zənn etməyə başlamışdılar. Araşdırmaçılar ilk öncə otaqlara verilən qazın əks təsiri nəticəsində bunun baş verdiyini düşünməyə başlayırlar.

rusların uyku deneyi ile ilgili görsel sonucu

Lakin 9-cu gündən sonra təcrübədə istifadə edilənlərdən biri qışqırmağa başlayır. O, 3 saat müddətində qaçaraq bağırır, fəryad edirdi. Ən qorxulu məqam isə o idi ki, bu şəxs qışqırmağa davam etdikcə onun səsi dəyişir və getdikcə qəribələşməyə başlayırdı. Araşdırmaçılar buna səbəb kimi həmin şəxsin səs tellərinin parçalanmasını göstərirdilər.

Daha ilginc məqam isə təcrübədə istifadə edilən digər şəxslərin buna necə reaksiya verdikləri idi. Və budur, gözlənillən olur. İkinci şəxs də eynilə birinci kimi qışqırmağa başlayır. Yerdə qalan 3 nəfər isə mikrofonlara fısıldamağa davam edirlər. Amma burada da qəribəliklər davam edirdi. Qışqırmayan 3 nəfər otaqda olan kitabları parça-parça etməyə başlamışdılar. Onlar səhifələri bir-bir üzlərinə sürtür, daha sonra otaqların nəfəsliklərinə yapışdırırdılar. Elə bu əsnada qışqırıq səsləri kəsilir və bu səssizlik üç gün davam edir.

İçərdəkilərin səsinin çıxmadığını görən araşdırmaçılar mikrofonların işləyib-işləmədiyini yoxlamağa başlayırlar. Məlum olur ki, mikrofonların işləməyində heç bir problem yoxdur. Üstəlik, otaqlardakı oksigenin miqdarı da şəxslərin hər birinə yetəcək səviyyədədir. Lakin adamlar kəskin hərəkətlər etdiklərinə görə kameralarda olan oksigen səviyyəsi oynayırdı.

Ä°lgili resim

On dördüncü günün dəhşəti…

Artıq təcrübənin on dördüncü günü idi. Otaqlarda olan şəxslərdən heç birinin səsi çıxmırdı və bu araşdırmaçıları narahat etməyə başlamışdı. Buna görə də, otaqlara girmək artıq şərt idi. Çünki araşdırmaçılar onların öldüklərini düşünürdülər.

İçəri girməzdən əvvəl otaqda olan şəxslərə “mikrofonları yoxlamaq üçün içəri giririk. Qapılardan uzaq durun və yerə uzanın. Əks-təqdirdə vurulacaqsınız. Dediklərimizə itaət edən ilk şəxs azadlığına qovuşacaq” – deyə anons edirlər. İçərindən sakit tərzdə bir səs cavab verir: “Artıq azad olmaq istəmirik…”

Gələn cavab otağa girmək istəyən əsgərləri olduqca qorxudur və çaş-baş salır. Bu səbəbdən onlar otağın indi deyil, 15 gün sonra açılmağını qərara alırlar. On beşinci gün çatdığında otaqlara təmiz hava verilir və içəri buraxılan narkotik tərkibli qazın verilişi kəsilir. Bunun ardından içəridən “bizi buraxın, çöldə bizi gözləyən ailələrimiz, sevdiklərimiz var” – deyə yalvarma səsləri gəlməyə başlayır.

rusların uyku deneyi ile ilgili görsel sonucu

Əsgərlər bu 5 nəfəri içəridən çıxarmaq üçün otaqlara göndərilirlər. Ən dəhşətli məqam isə, indiyə qədərki ən yüksək qışqırıq səsinin içəri girən əsgərlərdən gəlməsi idi. Beş nəfərdən dördü hələ yaşayırdı. Əgər buna yaşamaq demək olarsa…

Şəxslərdən biri ölmüşdü. O və digərləri ərzaqlarına çox az toxunmuşdular. Ölən şəxsin sinəsinə və ayaqlarının arasına topa halda ət doldurulmuşdu. Onun cəsədi otağın düz ortasında idi.

Sağ qalan dörd nəfərin saqqalları uzanmış, əlləri parça-parça olmuşdu. Dırnaqlarındakı ət parçaları bu yaraları özlərinin etdiyini göstərirdi.

Dördünün də, qarın hissələrindəki orqan və qabırğaları demək olar ki, yox idi. Ürək, ağ ciyər və diafraqma dəri və qabırğaya bağlı şəkildə çölə doğru töküləcək vəziyyətdə idi.

Qan damarları və həyati orqanları sağlam qalsa da, digərlərini çıxarıb, yerə atmışdılar. Ən möcüzəli məqam isə ondadır ki, adamlar hələ də yaşayırdılar.

Bundan əlavə, onların hər birinin həzm sistemi işləyirdi. Araşdırmalar nəticəsində məlum olur ki, onlar təcrübənin 5-ci günündən sonra öz ətlərini yeməyə başlayıblar.

Qeyd edək ki, təcrübədə iştirak edən rus əsgərlərinin çoxu xüsusi təlimlərdən keçmişdi. Lakin buna baxmayaraq, onlar otaqlara girib, bu 5 nəfəri içəridən çıxarmağa cəsarət etmirdilər.

rusların uyku deneyi ile ilgili görsel sonucu

Hadisənin digər maraqlı tərəfi isə əsgərlərin onları çıxarmaq üçün içəri girdiyini görən bu 4 nəfərin onları çölə çıxarmamalar üçün yalvarmaları idi. Onlar yalvarmaqla qalmır, əsgərlərə hücum da edirdilər.

Bunun nəticəsində bir rus əsgəri boğazından aldığı zərbə nəticəsində ölür, digəri isə qolunun və ayağının əti gəmirilərək yaralanır. Bu əsnada yaşayan dörd nəfərdən birinin dalağı partlayır.

Qanaxma ilə müşayiət edilən bu hal tibb işçilərinin müdaxiləsi ilə aradan qaldırılır. Şəxsi sakitləşdirməyə səy göstərən həkimlər olduqca çətin anlar yaşayırlar.

Bir insanın ala biləcəyindən dəfələrlə çox morfi alan adam, hələ də mücadələ edirdi. O, həkimlərdən birinin qolunu və qabırğasını qırır. Şəxsin damarlarında qandan çox hava vardı. O, qəlbi durduğunda belə, bağırmağa davam edirdi, üç dəqiqəyə yaxın zaman ərzində özünü döyürdü.

Ä°lgili resim

Ətrafında olan hər kəsə hücum edib, “daha çox…” – kəlməsini təkrar edən talesiz adam, getdikcə əldən düşərək, yerə yıxılır və ölür.

Sağ qalan üç nəfər isə bütün müasir ləvazimatlarla təchiz edilmiş tibb mərkəzinə aparılır. Təcrübədə istifadə edilən bu şəxslərin orqanlarının yenidən yerinə qaytarılması prosesi zamanı onlarda sakitləşdirici dərmanlara asılılığın yarandığı müəyyən edilir. Şəxslər elə buna görə də keyləşmək üçün daha çox narkotik tərkibli qaz tələb edirdilər. Həyatda qalan bu iki nəfər, beş nəfərin arasında ilk dəfə qışqıranlar idi. Səs telləri məhv olmuşdu. Yalvarmağa belə, halları yox idi. Tək edə bildikləri şey isə başlarını dayanmadan divara vurmaq idi. Bu hərəkətlər isə anesteziyadan əmələ gələn nəticələr idi.

İşgəncə hələ bitməmişdi. Onlara növbəti əməliyyatda yenidən narkoz verilir. Əməliyyatda iştirak edən tibb bacısının sözlərinə görə, xəstələrdən biri əməliyyat əsnasında bir neçə dəfə gülümsəyir. Əməliyyat bitdikdən sonra isə o, mırıldanmağa başlayır. Həkimlərdən biri xəstənin önəmli nəsə deyə biləcəyi qənaətinə gəlir və əlinə qələm, kağız alaraq, onun yanına gedir. Xəstənin dodaqlarından tökülən kəlmələr orada olan hər kəsi dəhşətə salır: “Kəsməyə davam elə…” Əməliyyat zamanı üçüncü şəxsin də ürəyi dayanır və o da ölür.

rusların uyku deneyi ile ilgili görsel sonucu

Bu hadisədən sonra həyatda qalan iki nəfərin yenidən otaqlara salınması qərara alınır. Təcrübəyə başçılıq edən bir rus generalı başından bəri onunla hərəkət edən 3 nəfər araşdırmaçıya prosesi davam etdirməyi əmr edir.

Lakin araşdırmaçılardan birinin əsəbləri dözmür və o, generalın silahını onun üzərindən götürərək, onu vurur. Daha sonra isə, bir küncdə sakit dayanan iki əsirdən birinin başına atəş açaraq, onu öldürür.

Araşdırmaçı daha sonra ən sonuncu sağ qalmış şəxsə silahını tuşlayıb soruşur: “Sən nəsən, kimsən? Bunu bilməliyəm…”

Təcrübədə istifadə edilən və sağ qalan ən son şəxs gülərək, cavab verir: “Bu qədər tezmi yaddan çıxartdın. Biz sizik. Sizin içərinizdə yatan dəliliyik. Hər an sərbəst olmağı gözləyən, çılğın heyvanlarıq. Biz yatağınızın altında gizlənənlərik”.

Araşdırmacı bu sözlərdən sonra bir neçə dəqiqə hərəkətsiz qalır və ardınca sonuncu sağ qalmış bu şəxsi də öldürür.

Qeyd edək ki, bu hekayə ilk olaraq internetin qaranlıq qutusu olan “Deep Web”də yayımlanıb və heç bir rəsmi mənbələrdə qeydə alınmayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir