Krujevadan, tüldən və tordan şəffaf geyimlər məlumdur ki, trenddir. Qırmızı xalı və podiumlarda məşhurları, modelləri belə geyimlərdə büstqaltersiz, yalnız böyük retro tərzli alt paltarları ilə görürük. Amma bu mövzüm Zara, Mango kimi demokratik brendlərin, Altuzara, Versace, Asos kimi markaların kolleksiyalarında sadaladığımız tərzli geyimlərə çox rast gəlirik. Çoxumuzun zövqünü oxşasa da şəffaf geyimlər, “altdan nə geyinəcəyəm” düşüncəsinə görə onları almaqdan imtina edirik.
Amma biz bu dəfəki yazımızla sizi zövqünüzü oxşayan şəffaf geyimlər almağa vadar etməkdə qərarlıyıq.
Bodi
Bodi – cəlbedicilik və rahatlığın birləşdiyi nadir alt paltarlardandır. Heç olmaya bir dəfə də olsa geyinənlər onun necə rahat olduğunu bilirlər. Bu tip alt paltarları vizual olaraq ayaqları uzun göstərir. Bodilər krujevalı, printli və ya yarımşəffaf parça ilə dekorasiya edilmiş ola bilir. Klassik bodilər isə ağ, bej və qara parçadan hazırlanan hamar formada olur.
Belə alt paltarları ilə şəffaf geyimlər daha estetik görünür. Yeri gəlmişkən, əgər bodi alt paltarınız yoxdursa, əvəzinə bodi tipli çimərlik geyiminizi də uyğundursa şəffaf paltarlarınızın altından geyinə bilərsiniz.
Paltar çalarında alt paltarları
Paltar çalarında olan alt paltarları ən uyğun, “təhlükəsiz” geyimlərdir. Maksimal dərəcədə qapalı olanları seçmək lazımdır: yüksək bel vintaj tərzli alt paltarı, klassik formalı büstqalter seçmək uyğun olar.
Rəngli alt paltarları
Sarı, qırmızı, göy – fərqi yoxdur, hansını seçirsinizsə seçin, əsas odur ki, şəffaf geyiminizlə daha tərzli görünəsiniz. Krujevalı ya da hamar, dəst ya da ki, kontrastlı – əsas olan düzgün çaları seçməyinizdir.
Əsasən, üstünlüyü idman tərzli, alt paltarı üçbucaq formasında olan top büstqalterli alt paltarlarına versəniz daha karlı çıxarsınız. Həm də, tərzli görünürəsiniz. (Foxy.az)