İllərdir dietoloqlar səhər yeməyinin sağlamlıq üçün faydalı olduğunu, arıqlamağa kömək etdiyini deyirlər.
“American Journal of Clinical Nutrition” adlı jurnalda yayımlanan araşdırma isə bunun doğru olmadığını üzə çıxarıb.
Araşdırma zamanı kök insanlardan ibarət iki qrup yaradılıb. Qruplardan birinə hər gün saat 11:00-dan öncə 700 kalori olan səhər yeməyi verilib. Digər qrup isə günortaya kimi heç nə yeməyib. Bir ayın sonunda nəticələr iki qrup arasında sağlamlıq və ya çəki baxımından heç bir fərqin olmadığını göstərib. Belə ki, hər iki qrup da gün ərzində demək olar ki, eyni dərəcədə acıb və eyni miqdarda kalori qəbul edib.
Araşdırmanı aparan mütəxəssislərin iddialarına görə, illərdir səhər yeməyinin tövsiyə edilməsinin tək bir səbəbi var. O da daha çox yumurta və taxıl məhsulu satmaqdır.