sirniyyat

Şəkərdən birdəfəlik necə imtina etmək olar – şirinsevərlər üçün üsullar

Baxış sayı: 2. 233

Şiriniyyatı sevməyən qadın demək olar ki, yoxdu. Səhərləri şirin kofe, bir fincan çayla şirin peçenye və ya bir dilim tort qadınların imtina etmədikləri daddır. Amma həddən artıq şirin qidalar qəbul etmək kökəlmək, allergiya kimi xoşagəlməz hallara gətirib çıxardır. Bəs necə etmək olar ki, şiriniyyatdan həmişəlik imtina edəsən?

Anne Ritchie üsulları

Sağlam qidalanma üzrə mütəxəssis Anne Ritchie şəkərdən həmişəlik yaxa qurtarmaq üçün 4 mərhələli üsul düşünüb.

1-ci mərhələr. Bir aylıq planlama.

Yeni qidalanma üsulu orqanizmdəki stressi azaltmaq üçün tədricən həyata keçirilməlidir. Bu mərhələdə hər şeyin alınacağına inanın.

2-ci mərhələ. Əsas şəkər mənbəyini axtarın.

Birinci rasionunuzdakı hansı qidaların əsas şəkər mənbəyi olduğunu düşünün. Bu şokolad və ya müxtəlif şirələr, limonadlar ola bilər. Əsas şəkər mənbəyini tapdıqdan sonra ondan imtina etməyə cəhd göstərmək lazımdır. Belə ki, əgər çay və kofeyə 3 qaşıq şəkər atırdınızsa onu 2-yə endirin. Bir həftəyə isə bu miqdarı 1 qaşıq edin. Şokolad yemək istəsəniz 5-7 gündən bir ancaq qara şokolad olar.

3-cü mərhələ. Orqanik qidalar keçid.

Zamana qənaət etmək üçün adətən biz ayaqüstü dietik baton şokoladı və ya meyvəli kəsmik yeyirik. Əslində bu məhsullar elə də zərərli deyil. Amma tərkibində az da olsa şəkər konsentratı var. Şəkərin qəbuluna nəzarət və onu azaltmaq üçün özünüzü işə və ya harasa gedəndə evdə təbii qidalardan kiçik qəlyanaltılar hazırlayıb götürməyə vərdiş etdirin. Belə olanda həm zərərli, şəkərli qidalar qəbul etməzsiniz, həm də cibinizə qənaət etmiş olarsınız.

4-cü mərhələ. Kifayət qədər yatın.

Yuxu orqanizmdə hər şeyə təsir etdiyi kimi qidalanmanın keyfiyyətinə və kəmiyyətinə də təsir edir. Bu elmi baxımdan sübut olunub. Buna görə də mütləq tam 7 saat yatmalısınız.

Dr.Jorj Virgine üsulu

Dr.Virgine-in də üsulu 4 mərhələyə bölünür amma tamamilə fərqlidir.

1-ci mərhələ. Şəkəri yüksək olan qidaları onların alternativi ilə əvəzləyin.

Hələ ki, bu mərhəldə əbədiyyən şəkərdən imtina etmək tələb olunmur. Bu mərhələdə şəkəri daha az olan qidalar, məsələn, yunan makaronu, apelsin, alma və ya banan yeyə bilərsiniz.

2-ci mərhələ. Fruktozanın qəbulunu azaldın.

Bu mərhələdə Virgine-in nəzəriyyəsinə əsasən çox insanın bədənindəki yağlar şəkərdən təsirlənir. Gündəlik insan orqanizminin qəbul etdiyi şəkərin miqdarı 5 qr. olmalıdır. Fruktoza əsasən meyvələrin tərkibində çox olur. Buna görə də meyvə yeyərkən diqqət edin ki, az şəkərli meyvə olsun. Məsələn, 1-cimərhələdə qeyd olunan meyvələrdən yemək olar.

3-cü mərhələ. Şəkəri yenidən yoxlayın.

Bu mərhələdə ən az miqdardan tutmuş ən çox miqdara qədər şəkərli qidalar qəbul edin. Nəticədə görəcəksiniz ki, şəkərli qidalar sizdə narahatlıq hissi yaradır.

4-cü mərhələ. Təhlükəsizlik.

Final mərhələdə isə 1-ci mərhələdəki kimi pəhrizə davam edin. Orta şəkərli qidaları qəbul edin. Bəzən isə bir dilim az şəkərli tort belə yeyə bilərsiniz. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir