Beləliklə, faydalarını bu şəkildə sıraladığımız şəkərsiz cemin reseptini “Gencaile.az” saytımın “Yeməyə nə var?” rubrikasında sizinlə bölüşürük:
Şəkərsiz çiyələk mürəbbə (cem) resepti:
Tərkibi:
4 stəkan əzilmiş çiyələk
stəkanın 4-də biri qədər limon suyu
1 stəkan bal
¾ stəkan su
Hazırlanma qaydası:
Çiyələkləri bal ilə qarışdırın. Suyu qaynadın və meyvələri su ilə qarışdırın. Limon suyunu da əlavə edib yaxşıca qarışdırıcı ilə əzin. Soyuducuda da saxlaya bilərsiniz.
Şəkərsiz portağal mürəbbə (cem) resepti:
Tərkibi:
5 ədəd orta ölçülü portağal
4 qaşıq bal
Hazırlanma qaydası:
Portağalları 8 dəqiqə qaynadın. Soyuduqda suyunu süzün və gözləyin. Portağalları bölüb orta hissəsini (nüvəsini) çıxarın və qabıqlarını da təmizləyin. Blender ilə əzin və balı əlavə edin. 25 dəqiqə zəif alovda qarışdıraraq bişirin.
Təqdim etdi: İlahə Atəş