Müasir dövrdə hətta uşaqlarda yay tətilini telefonlarsız təsəvvür edə bilmir. İstirahət etdiyimiz şəhər və rayonlarda, o cümlədən çimərliklərdə gözəl və mənzərəli yer görən kimi dərhal şəkil çəkdirib sosial şəbəkələrdə paylaşırıq.
Amma şəkil ürəyimizcə olana qədər yanımızda olanlara əziyyət verərək ən azı 40-50 foto çəkdiririk. Üstəlik yaxşı düşmədiyimiz üçün qarşı tərəfi günahlandırırıq. Halbuki bütün problem özümüzdə və verdiyimiz pozalardadır. Fotoqraflar bildirib ki, şəkildə yaxşı düşməməyimizin əsas səbbəkarı bir qayda olaraq qəribə poza və ya yanlış rakursdur.
“Gencaile.az” “Publika.az”-a istinadən bu yazıda oxucuları şəkil çəkdirərkən yol verdiyimiz səhvlərlə ilə tanış edir.