Hər birimizin şəkil çəkiləndə “mən pis düşdüm” deyən dostunuz var. Bu ipucları ən çox onların işinə yarayacaq. Belə adamların şəkildə daha gözəl görünməsi üçün bəzi qanunlara riayət eləsələr bəsdir. Bunun üçün əllərinizi, gözlərinizi, dodaqlarınızı, qollarınızı və s. başqa cürə hərəkət etdirsəniz, daha yaxşı görünə bilərsiniz. Bu ipuclarını təqdim edirik
Əlinizin belinizdə olması, sizi aqressiv göstərir. Ona görə əlləriniz belinizdə olsa belə, barmaqlarınızı göstərəcək şəkildə tutun və başınızı biraz əyin.
Belinizi sıxmayın. Bu paltarınızı qırışladır və görüntünüzü pozur.
Əllərinizə diqqət edin. Təbii davranın. Kameranın qabağında düz və gərgin əllərdən qaçın. Əllərinizi sərbəst buraxın.
Barmaq uclarınızı üzünüzə basmayın. Elə bir poza verin ki, sanki bu saniyə əliniz üzünüzə dəydi.
Bəli qollarınızı sərbəst buraxmalısınız. Amma qollarınızı asılı vəziyyətdə tutmayın. Bir tərəfə üz profili verən vəziyyətdə durmağınız ən yaxşısıdır.
Gözlərdə səhvə yol verməyin. Biraz mənalı baxış pozası vermək və dodaqları ortaya çıxarmaq ən yaxşısıdır. Barmaqlarınıza yer verin, biraz üzünüzə toxunun və azacıq ağzınızı aralayın.
Gözlərinizi normal halından daha da qısıb kameraya baxmayın.
Əllərinizlə üzünüzü gizlətməyin. Üzünüzün bütün cizgiləri ilə görünməsinə imkan yaradın.
Əllərinizi doğru yerlərdə saxlayın. Onları sərbəst buraxın.
Bu baxışı əsla bir daha etməyin. Dodaqlarınızı çox böyük göstərir.
Şəkildə əyilib-bükülməyinizin heç bir faydası yoxdur. Əksinə düz durmaq, sizi daha da şux edir.
Və başdan aşağı çəkilən şəkillərin ən böyük sirri. S hərfinə oxşamalısınız. Vücudunuz tək ayaq üstündə görünməlidir və çənə biraz yuxarı olmalıdır.