Novruz bayramı geridə qalsa da, bayram tətili hələ ki, davam edir. Bu günlərdə gündəlik menyumuzda bayram yeməkləri üstünlük təşkil etməkdədir. Məhz bu səbəbdən bu gün sizə səməni salatının necə hazırlanmasını təqdim edirik.
Lazım olan ərzaqlar:
7 ədəd lavaş
2 ədəd iri kartof
350 qram soyutma bişmiş dana əti
6-7 ədəd xırda ölçülü kök
100 qram qoz
150 qram qara kişmiş
5 ədəd iri yumurta
4 ədəd orta böyüklükdə xiyar turşusu
400 qram 25%-li xama
200 qram mayonez
duz
qara istiot
bəzəyi üçün 2 dəstə şüyüdün yarpaqları
1 ədəd nar
salat 19 sm diametrli qəlibdə yığılıb.