toy

Sən demə, kasıb qız və oğlanın bir-biri ilə evlənməsi BUNA SƏBƏB OLUR – ARAŞDIRMA

Baxış sayı: 2. 199

Yoxsul ailələrdən olan oğlanların 40 yaşına qədər subay qalma faizi zəngin ailələrlə müqayisədə 2 dəfə çoxdur.

Bununla bağlı İngiltərənin Mali Araşdırmalar İnstitutu tərəfindən tədqiqat aparılıb.

Tədqiqatda bildirilir ki, aşağı gəlirli oğlanlar məhz bu cür ailələrdən olan qızlarla evlənir. Bunun da yoxsulluğu bir nəsildən digərinə ötürən, sosial aktivliyi azaldan əsas səbəblərdən olduğu vurğulanır.

Sosial aktivlik müxtəlif təbəqə, zümrələrdən olanların yer dəyişməsi mənasını verir.

İnstitutun araşdırması 1970-ci illərdə doğulan və uzun illərdir inzlənilən insanların həyatına əsaslanır. Araşdırma zamanı 42 yaşındakı kişilərin 1/3-dən çoxunun 2012-ci ildə subay olduğu məlum olub. Həmçinin araşdırmadan bəlli olub ki, aşağı gəlirli kişilərin gec evlənmə faizi yüksək olduğu kimi, boşanma statistikasında da ilk yerdədirlər.

Araşdırmaya görə, 2012-ci ildə valideynləri ən zəngin təbəqədən olan 42 yaşlı kişilərin yoxsul ailələrdə doğulanlardan 88 faiz daha çox qazanır. 2000-ci ildə bu rəqəm 47 faiz idi.

İnstitutun direktoru Paul Conson insanların maddi baxımdan özlərinə uyğun biri ilə evlənməsinin sosial hərəkətliliyi azaltdığını bildirib.

Buna görə də, İngiltərə maliyyə nazirliyi araşdırma aparır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir