Sevgi

Sən demə, uzunmüddətli sevgi münasibətləri BUNUNLA BAĞLI İMİŞ

Baxış sayı: 2. 576

Tanınmış psixoloqlar israr edir ki, münasibətlərin uzunmüddətli və sabit olması üçün məhəbbətdən daha vacib məsələlər var.

Rusiyalı psixoloqlar Mixail Labkovskiy, Mixail Litvak və onların xarici həmkarlarının uzunömürlü nikah haqqında məsləhtlərini təqdim edir.

Nə qədər qəribə olsa da, özünüaldatmaq nikahı qoruyub saxlamağa çox kömək edir. Məsələn, bir partnyorun məziyyətlərini nə qədər şişirdiririksə və onun çatışmazlıqlarını görməzdən gəliriksə, onda bununla biz münasibətlərimizi bir o qədər möhkəmləndirmiş oluruq. Belə özünüaldatma nikahdan məmnunluq hissini təbliğ edir, dolayısı ilə münasibətlərin davam etdirilməsi ehtimalını artırır. Araşdırmalar göstərir ki, insanlar bir-birini nə qədər çox qiymətləndirsə, münasibətlər də bir o qədər möhkəm və qırılmaz olur.

Lakin əgər tərəf müqabilinə yönələn iradlar təriflərdən çoxdursa, deməli, nikah təhlükədədir. Yəni, bəzən məqsədə nail olmaq keçmişdə yaşanan uğursuzluqları görməzlikdən gəlmək bahasına başa gəlir.

Eksperimentlərin birində cütlüklərdən onların keçmişi barədə danışmalarını istəyiblər. Cütlüklər zaman keçdikcə münasibətlərində baş verən irəliləyişləri qeyd edib.

“Çəhrayı eynək” faydasından qəti şəkildə əmin olmaq üçün tədqiqatçılar səs yazısı müsahibəsi əsasında cütlüklərin ömrünün sonuna qədər birlikdə yaşayacağı, yoxsa 3 ildən sonra ayrılacağı barədə proqnoz verib. Çox pis olan ümumi keçmişini xatırlayan və hər biri ayrı-ayırılıqda özünə haqq qazandıran ər-arvad mənfi proqnoz alıb. Lakin xoşagəlməz hadisələrin fonunda faktlara qarşı çıxaraq keçmişi haqqında müsbət rəylər bildrən və bir-birini müdafiə edən cütlüklərin münasibətləri müsbət məcrada qiymətləndirilib.

Üç ildən sonra tədqiqatçılar təxminləri sınayıb. Proqnozların 94 faizi düz çıxıb, müsbət proqnoz verilən 40 cütlüyün 40-ı da birlikdə yaşamağa davam edib. 10 mənfi proqnoz alan cütlüyün isə sadəcə 7-si ayrılıb. Tədqiqatçılar sadəcə 3 proqnozda səhv edib. Lakin onların münasibətlərinin necə inkişaf etdiyi məlum deyil.

Mixail Labkovskiy inandırır ki, uzun müddətli münasibətlərdə ən əsas məqam – ruhi vəziyyətin sabit olmasıdır. Sənə bu gün sevdiyini deyən, sabah isə o sözləri deyə bilməyən insan öz hissləri ilə öyünə bilməz. Çünki belə insanlar emosional baxımdan qeyri-sabitdir, onların zövqləri, baxışları və seçimləri daim dəyişir. Münasibətlərin əvvəlində iki insanın əvvəlcə bir-birin dərdindən dəli-divanə olmasının, sonra isə hisslərin sabun köpüyü kimi yox olmasının və boşanma ilə nəticələnməsinin səbəbi emosional vəziyyətin dəyişkənliyindən qaynaqlanır. Bundan qaçmaq üçün sabit, proqnozlaşdırıla bilən, aydın, şəffaf psixologiyaya malik olmaq lazımdır, ancaq bu şəkildə eyni adamı həyatı boyu sevmək olar.

Digər psixoloq Mixail Litvak isə yazır ki, münasibətlərdə ilk növbədə həyatda aktiv maraq və sevgi obyektinin inkişafı vacibdir. Əgər bu, yoxdursa, onda belə “məhəbbəti” Litvak nevroz xəstəlik adlandırır.