Son vaxtlar istənilən sahədə qiymətlərin bahalaşması insanlarda belə bir fikir formalaşdırıb ki, daha işdən sonra, yaxud qeyri-iş günlərində əyləncə mərkəzlərinə yollanmaq olmaz. Çünki “cib yandıran” qiymətlər gündən-günə artmaqdadır. Bu yazıda insanlarda “istirahət bahadır” stereotiplərini qırmaq məqsədilə alternativ variantar təqdim edirik.
.
1. Kinoteatrlar
Hər həftə paytaxt kinoteatrlarında yerli, əcnəbi, rus və ya Türkiyə istehsalı olan müxtəlif janrlı filmlər təqdim olunur. Yəni hər zövqə uyğun filmə baxmaq mümkündür. Biletlərin qiyməti isə təxminən 4-8 AZN arasında dəyişir.
2. Portal Games
Bu oyun sizi və dostlarınızı gündəlik stresdən çıxarmaq üçün ən yaxşı vasitədir. Oyunun şərtləti çox sadədir: 2-6 nəfərdən ibarət komanda yaradılır. Burada diqqətli olmaq və istənilən durumda tez vəziyyətdən çıxmaq lazımdır. Oyunçu qapalı otaqda olur və ağlı, dərrakəsi sayəsində oradan çıxmağa çalışır. Qalib olmaq üçün isə bir saat ərzində otaqdan çıxmaq gərəkdir. Bu oyunu oynamaq üçün isə qiymət 12-16 manat arasında dəyişir.
3. Peyntbol
Bu oyun da komanda şəklində həyata keçirilir. Peytnbol həvəskarları “Ulduz” metrosu yaxınlığında yerləşən meydançaya yollana bilərlər. Bu oyun üçün komanda ən azı 10 nəfərdən ibarət olmalıdır. Adamın biri 10 manatdır (Bu qiymətə 100 güllə, geyim və oyunun sonunda pulsuz çay daxildir).
4. Boulinq
Ucuz istirahət deyəndə ağıla boulinq oyunu da gəlir. Paytaxtın əksər əyləncə mərkəzlərində boulinq zallarına rast gəlmək mümkündür. Bu idman növü də olduqca əyləncəlidir. Ailə üzvlərinizlə və dostlarınızla gözəl həftə sonu keçirmək istəyirsinizə, mütləq boulinq zalına yollanın. Adambaşına 10 AZN xərcləməli olacaqsınız.
5. Teatrlar
Yox, əgər siz ruh adamısınızsa, mənəvi dinclik istəyirsinizsə teatra yollanın. Bakıda yeni tamaşalar səhnələşdirilən teatrlar kifayət qədərdir. Paytaxt teatrlarında hər büdcəyə uyğun tamaşa tapmaq mümkündür. Kukla teatrında biletin qiyməti cəmi-cümlətani 3-5 AZN təşkil edir.
6. “50 Qəpik” adlı Çay evi
“28 May” metrostansiyası yaxınlığında, Süleyman Rüstəm küçəsində yerləşən “50 Qəpik” adlı Çay evi yerləşir. Burada bir finçan çayın qiyməti 50 qəpikdir. Bu çay evində soyuq qış günlərində dostlarınızla oturub, isti çay içib, qızına bilərsiniz.
7. Buz meydançası
Vaxtı əyləncəli keçirmək üçün buz meydançalarına da getmək olar. Bakıda konki sürmək üçün “ICE” və “Megafun”a yollanmaq lazımdır.
Qiymətlər:
“ICE” buz meydançasında 15 dəqiqə – 5 AZN, 30 dəqiqə – 8 AZN, 1 saat – 15 AZN-dir.
“Megafun”da – 10 dəqiqə – 5 AZN, 30 dəqiqə – 10 AZN, 1 saat – 15 AZN-dir.
8. “Soyuq Əllər, İsti Ürək” qış yarmarkası
Artıq bir neçə ildir ki, Fontonlar Meydanında ənənəvi “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası keçirilir. Bax bu yarmarkada sadəcə, gəzmək olar. Burada gəzən zaman adam özünü sanki nağıllar aləminə düşmüş kimi hiss edir. Yarmarkada əməlli-başlı Yeni il ab-havası hiss olunur.
9. Muzeylər
Gününüzü və ya həftə sonunuzu xoş keçirmək məqsədilə siz paytaxtda yerləşən muzeylərə də yollana bilərsiniz. Bunun üçün isə 2 AZN xərcləyəcəksiniz.
Və sonda əlavə edək ki, biz sizə ucuz, eyni zamanda səmərəli istirahətin yolarını göstrəməyə çalışdıq. Ümid edirik ki, bələdçisi olduğumuz bu yazı az da olsa istirahət seçimində yardımçınız olacaq.