“Mercedes-Benz” şirkəti ictimai nəqliyyatın yeni modelini təqdim edib.
“Gencaile.az” Publika.az-a istinadən xəbər verir ki, gələcəkdə avtobuslar avtomatik “CityPilot” idarəetmə sistemi ilə işə düşəcək. “Mercedes” şirkəti bu modeli şəhər avtobuslarının istehsalında yeni mərhələ adlandırıb.
“Mercedes-Benz Citaro” avtobusu 6 silindr OM 936 turbo dizellə təchiz olunub, mühərriki isə 299 at gücü təşkil edir. “Citypilot” avtobusları elə texnoloji platformada quraşdırılıb ki, bu nəqliyyat vasitəsi qiyməti özü müəyyənləşdirir və avtomatlaşdırılmış idarəetməyə imkanı verir. Yəni, sürücüyə ehtiyac qalmır. O, avtobusun idarəetməsinə yalnız istisna hallarda müdaxilə edə bilər. Sürücü üçün bütün zəruri məlumatlar ekranda verilir, o isə öz növbəsində qeydləri monitora çıxararaq sərnişinləri məlumatlandırır. Sistemdə 10 kamera quraşdırılıb. Avtobusun marşrutuna radiolokasiya sistemləri tərəfindən nəzarət edilir, GPS və bir neçə ayrı-ayrı kameralar avtobusun məkanda vəziyyətinin müəyyən edilməsi üçün istifadə olunur.
Avtobusun interyer dizaynı şəhərin meydanlarını, parkları aydın görməyə imkan verir. Avtobusda sərnişinlər üçün üç müxtəlif zonalar nəzərdə tutulub. Onların quruluşu avtobusda uzun müddət yol gedən sərnişinlərə görə dizayn edilib. Həmçinin bu avbostuslar ağac budaqları formasında məhəccəri ilə də öyünə bilər.
Foto və video əsasında açıq-aşkar mühakimə yürütmək olar ki, avtobus çox sərnişin daşımayacaq, çünki şirkət hər bir insan üçün maksimum məkan ayırıb. Sərnişinlər avtobusun təxminən ortasıda yerləşən yeganə iki qapıdan istifadə edəcək. Giriş yaşıl, çıxış isə qırmızı zolaqlı işıqla nişanlanıb. Elektron bilet sisteminin istifadəsi sərnişin axınının sürətləndirilməsinə xidmət edir.