Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllüləri 28 may Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi və Respublika Günü münasibəti ilə “Şərqdə parlayan MAY” adlı tədbir keçirib. Könüllülər konsert proqramı ilə çıxış edib, Cümhuriyyətin qurulması ilə bağlı hadisələrin müəyyən məqamlarını səhnələşdiriblər.