1) Davravışınızda sevdiyinizi göstərin
Partnyorunuza olan sevginizi göstərmək, sözsüz olaraq dilə gətirmək üçün bunu davranışınızda göstərin. Onu incidən davranışlardan, uzaq durun.
2) Xətalarını daima vurğulamayın
Gündəlik həyatda baş verə biləcək kiçik səhvlərinə görə qəzəblənməyin. Bunun əvəzinə problemi həll etməyə səy göstərin.
3) Sərhədlərinizlə bağlı qəti qərarlı olun
Nə istəyib-istəmədiyinizi dəqiq partnyorunuza bildirin. İstəmədiyiniz şeyi sadəcə partnyorunuz xoşbəxt olsun deyə, etmək məcburiyyətində qalmayacaqsınız.
4) Onunla görüşə, dediyiniz saatdan biraz tez gedin
Öncədən gedib onu gözləmək, partnyorunuza daha dəyərli olduğunu hiss etdirəcəkdir.
5) Həftədə bir dəfə dostlarınızla birlikdə olun
Həftədə bir dəfə ya özünüz tək yada dostlarınızla birlikdə zaman keçirin. Özünüzə olan dəyər artdıqca, partnyorunuza da bu daha çox olacaqdır.
6) Kiçik sürprizlər edin
Zaman-zaman kiçik hədiyyələr alıb, sürprizlər edin. Bu ona daha dəyərli olduğu mesajını verir.
7) Ortaq bir hobbiniz olsun
Əyləncəli zaman keçirməyinizə səbəb olacaqdır.
8) Düşüncəli davranın
Onun necə olduğunu, soruşmağı unutmayın. Daima onunla maraqlanın və qayğılarını öyrənin.
Zümrüd Haqverdiyeva
Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu