Əgər səsiniz batıbsa və bununla necə baş edəcəyinizi bilmirsinizsə, Təbii həll yolları :
– Bir neçə dilim təzə zəncəfil yemək səs batmasına yaxşı təsir edir. Limon suyu və duz ilə dadlandıra bilərsiniz.
– Bal səs batmasını həll etməyin ən köhnə üsuludur. Gündə bir neçə çay qaşığı bal yemək və boğazınızı nəmli tutmaq köməyiniz olacaq.
– Bir çay qaşığı alma sirkəsini bir stəkan ilıq su ilə qarışdırın və gündə iki dəfə için.
– Bir çay qaşığı acı qırmızı bibəri bir çay qaşığı təzə balla qarışdırın. Bal boğazınızı yumşaldacaq, qırmızı bibər isə səs tellərinə faydalı olacaq.
– İsti suya bir neçə damcı lavanda və ya nanə yağı damcıladın. Başınızı bir dəsmalla bükün və buxarı tənəffüs yollarına çəkin. Boğazınızı yumşaldacaq.
– Duzlu su ilə qarqara etmək boğazınıza faydalı gələcək. Bir stəkan ilıq suya 1 çay qaşığı duz əlavə edin və gün ərzində fasilələrlə qarqara edin.