saat

Saat seçimini necə etməlisiniz?

Baxış sayı: 2. 591

Saat kişinin imicində ciddi rol oynayır. Saat seçiminə bu qədər diqqət göstərilməsinin və xüsusilə də bahalı saatların seçilməsinin də səbəbi budur.

Peşənizi, etdiyiniz işi əks etdirən saatlar istifadə etməlisiniz. İstifadə etdiyiniz saat işinizlə və geyiminizlə tamamilə uyğunlaşmalıdır. Bu vəziyyətə uyğun oval sarı və ya ağ qızıl kənarlı, dəri kəmərli saat nümunə olaraq göstərilə bilər. Şüşənin altındakı lövhə isə ağ rəngdə olmalı və saniyə göstərici və ya saniyəölçən üçün əlavə kiçik lövhə olmalıdır.

Saat 3 və ya 6 istiqamətində tarix göstəricisinin olması da arzuolunandır. Digər şişirdilmiş funksiyalar daha çox rəsmiyyət tələb olunmayan vəziyyətlərdə qəbul edilə bilər.

Yəni, bir iş adamının saatı sadə, düz, qızıldan və mütləq sferblatlı olmalıdır. Digital bir saat iş dünyası tərzinə uyğun deyil. İş adamları İsveçrə istehsalı olan saatlar seçir. Sərt, həddindən artıq bəzədilməmiş və eyni zamanda bahalı və keyfiyyətli olmalıdır.

saat

Neçə ədəd saatınız olmalıdır?

Bu, hər zaman müzakirə olunan mövzudur. Təbii ki, doğru cavab bir neçə saatınızın olmasıdır. Hər mühitə uyğun saat kolleksiyanız olmalıdır. Sözsüz ki, idman stili saatınızı xüsusi mərasimlərdə, iş həyatınızda istifadə edə bilməzsiniz. Saat çeşidliliyi, ümumilikdə, maddi vəziyyətlə əlaqədardır. İdeal olaraq bir kişiyə lazım olan:

 

İş həyatına uyğun saat – düz, dairəvi, sarı və ya ağ qızıldan (paslanmaz polad da ola bilər) dəri örtüklü və minimum funksiyalı.

İdman saatı – iş şəraitinə birbaşa zidd saat tipi, suya ultra dayanıqlı, paslanmaz polad və ya titandan düzəlmə xronoqrafiya, dönə bilən bezel (incə metal halqa), böyük düymələr, rahat oxuna bilən ekran. Kvars (kristal daş) saatları seçməyiniz məsləhət görülür. Çünki mexanik saatlar üdüyünüz zaman daha çox mənfi təsirə məruz qala bilər.

Gündəlik saat – bu cür saatlar evdən çıxıb ərzaq dükanına gedərkən istifadə etdiyiniz saatlardır. Dözümlüdür, amma idman üçün deyil. Zərifdir, amma iş mühiti üçün yararlı deyil.

Xüsusi önəm daşıyan məqamlar üçün istifadə olunan saatlar – kiminsə diqqətini çəkmək üçün xüsusi istifadə etdiyiniz saatlardır. Bu saatlar bahalı və tanınmış marka istehsalı olmalıdır. Həmçinin, əlavə xüsusiyyətlərə də sahib olmalıdır. Belə olan halda ən əsas iş doğru seçim etməkdir. Məsələn, saniyəölçən saat iş ortağınızın diqqətini çəkəcək, amma heç bir qadına təsir etməyəcək.

saat

Saxta saat istifadə etmək düzgündürmü?

Məsələn, şirkətiniz tərəfindən sizə hədiyyə edilmiş bir saatınız var və beş ildir istifadə edirsiniz. Təbii olaraq bu saatın zərər görməməsi üçün əlinizdən gələni edirsiniz. Bu kimi vəziyyətlərdə yüksək keyfiyyətli saxta saat istifadə etmək daha faydalı olacaq. Saxta saatı hər yerdə istifadə edə bilərsiniz, sahildə gəzintidə, şənlikdə və s. Tərziniz daim dəbli və gözqamaşdırıcı olarkən orijinal saatınız qutuda təhlükəsiz yerdə olacaq.

Doğru saatı seçmək çox əhəmiyyətlidir. Aldığınız saatınızın ölçüsü biləyinizə uyğun olmalıdır. Saatınızın kəməri ayaqqabılarınız və şalvarınızın kəməri kimi digər aksesuarlarınıza uyğun olmalıdır. Bu səbəblə də dəyişilə bilən saat kəmərlərinin olması vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir