Qadınların əksəriyyəti saçlarını şəkilləndirmək üçün saç spreylərindən istifadə edir. “Gencaile.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox spreyin tərkibində flafat adlı maddə vardır ki, bu da gələcəkdə qadınlarda döş xərçəngi riskini artırır.
Buna görə də, evdə təbii məhsullarla hazırlayacağınız spreylə həm saçlarınız gözəlləşəcək, həm də zərərli maddələrdən qorunmuş olacaqsız.
Lazım olanlar:
1 fincan isti su
1 x.q dəniz duzu
1 x.q kokos yağı
1 x.q aloye geli (apteklərdə satılır)
5-6 damcı istədiyiniz ətirli yağ
Hazırlanması:
Suyu qaynadın, içərisinə duzu əlavə edin. Əriməsini gözləyin. Daha sonra aloye gelini əlavə edin. Sonra isə kakos yağını və ətirli yağı qatın. Soyuduqdan sonra sprey şüşəsinə tökün.