Cökə ağacının saç tökülməsinin qarşısını aldığını bilirdiniz? Xüsusilə iyun və iyul aylarında çiçək açan cökə ağacının sarımtıl və gözəl qoxusu əvvəlcə burnumuza, oradan ciyərlərimizə və qan dövranına yayılaraq bütün bədəni bihuş edir. Məlum olub ki, Türkiyədə ihlamur kimi tanınan cökə çayı saç tökülməsinə qarşı çox faydalıdır.
Kalsium, A ilə C vitaminləri və bir çox faydalı ementlərlə zəngin olan cökə çiçəkləri saç tökülməsinin qarşısını alan effektli və təbii vasitələrdən biridir.
Cökə çayı sakitləşdirici xüsusiyyəti sayəsində sinir sistemində gərginliyi azaldaraq gecələr rahat yuxuya getməyi asanlaşdırır. Odur ki, yatmaz əvvəl 1 stəkan cökə çayı için.
Bu bitki həmçinin qanı təmizləyir, qan dövranını tənzimləyir. Cökənin qan azlığı müalicəsində də müsbət rol oynadığı barədə araşdırmalar var. Antioksidant təsirə malik olan cökə çayı bədən müqavimətini gücləndirir.
Bu bitkinin ən diqqət çəkən xüsusiyyətlərindən biri də odur ki, saç köklərini dərindən bəsləyərək saç tökülməsinin qarşısını alır. Saçların daha gur və sağlam olması üçün həftədə 3 dəfə saçlara cökə çayı ilə maska edin.
Antioksidant təsiri və sakitləşdirici xüsusiyyəti sayəsində dəri tonusunu qaldırıb elastikliyini bərpa edəcək.