Saç tökülməsindən əziyyət çəkən insanların sayı günü-gündən artır. Bu problemin qarşısını almaq üçün istifadə olunan təbii vasitələrdən biri də palıd qabığıdır. Palıd qabığı saçlara çox müsbət təsir edir – möhkəmləndirir, kəpəkdən azad edir.
Bunun üçün saçlarınızı yuduqdan sonra palıd qabığı dəmləməsi ilə yaxalayın. Bu prosesi uzun müddət ərzində etmək lazımdır.
1 litr qaynar su üçün 5 xörək qaşığı palıd qabığı (ovulmuş halda) götürülür, 30 dəqiqə ərzində dəmlənilir və saçların yaxalanması üçün istifadə olunur.