saç

Saçını ev şəraitində boyayanlara 7 məsləhət

Baxış sayı: 1. 432

Saçlarında gün keçdikcə artan ağlardan ya da həmişə eyni rəng saçla gəzməkdən yorulanların seçimi təbii ki, saç boyalarıdır. Saç boyamaq əməliyyatı üçün əksəriyyət salonlara getsə də, bəzən qadınlar saçlarını özləri boyamağa üstünlük verirlər. Təbii ki, saçınızı peşəkar olmayan birinə həvalə etdiyinizdə diqqət etməli olduğunuz bəzi  məqamları vardır.

  • Əvvəlcə alacağınız saç boyasının məzmununu mütləq oxuyun. Boyanı saçınızda verilən müddətdən daha uzun müddət gözlətməyin.
  • Saçınızı tez-tez rəngləməyin. Boyanın içində olan kimyəvi maddələr saçınızı köhnəldər və qırılmasına yol açar.
  • Saç boyası seçimində mümkün qədər bitki  tərkibli olanına üstünlük verin.
  • Boya alarkən tərkibindəki kimyəvi maddələri mütləq oxuyun. Hansısa bir maddəyə qarşı allergiyanız varsa,əsla istifadə etməyin.
  • Saçlar boyandıqdan sonra rəngin yüzdə 50-ni yuyulma və xarici faktorlar səbəbiylə itirər. Bunun üçün boyadan sonrakı 24 saat ərzində saçınızı yumayın. Əgər yuyacaqsınızsa,  mütləq rəng qoruyucu şampunlardan istifadə edin.
  • Saç rənginizi saç cədvəlindən seçərək və ya yazılı olan tövsiyələr istiqamətində istifadə edin.
  • Boya qarışığını hazırladıqdan sonra dərhal tətbiq edin. Əks halda boya funksiyasını itirəcək.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir