Yay fəsli dedikdə ağlımıza parıldayan bürünc bir cild, günəşdən açılmış saçlar və dənizdən çıxanda yaranan ecazkar dalğalar gəlir! Saçlarımız bu halını çox sevsək də, yazın saçımıza necə zərərlər verdiyini də unutmamalıyıq. Xlor, dəniz duzu kimi amillər hamımızın bildiyi kimi saça zərər verir. Ancaq bir də aydın olmayan başqa amillər var. Bu amillər siz fərqində olmasanız da saçınıza olduqca zərər verir.
Saçlarınızı xilas etməyə yardımçı olması üçün bu amillərdən 4-nü sizlər üçün topladıq.
1. Kondisionerlər
Kondisionerlər yaz boyu bizi sərinlətdiyinə üçün favoritimizdir! Ancaq bir o qədər də saçımızı zəiflədir! Kondisionerlər saçındakı bütün rütubəti soraraq saçını cansız və quru bir hala gətirə bilər. İstər ofisdə stolunda ol, istər yatarkən otağında, hətta maşınında ol, fərq etməz, saçlarını nəmləndirdiyindən əmin olmalısan. Məsələn, praktik saç baxım sprey və ya kontekst yağlarını sınaya bilərsiniz. Kondisionerlərinin çalışdığı bir yerdəsinizsə, çantasında daima bir baxım spreyi və ya kontekst yağı olamalıdır.
2. Günəş eynəkləri
Günəş eynəkləri yaz görünüşümüz bir hissəsidir! Bəs, saç dərisinə və saçlarınıza zərər verdiyini bilirdinizmi? Eynəydən istifadə etmədiyiniz zamanlarda başınızın üzərinə alarkən, saç xəttiniz zərər görür. Xüsusilə eynəklərin körpü hissəsi dəmir isə saç simlərin bu parçanın arasına girə və saçlarının qopmasına səbəb ola bilər. Bu səbəblə, eynəyini istifadə etmədiyin zamanlarda qabına qoyub çantana atmağını təklif edirik.
3.Yüksek toppuz və atquyruğu
Hər yazın trendi olan toppuzlar və atquyruqları istidən yoran havalarda boynumuzun təravətli qalması üçün idealdır! Ancaq bu saç modellərini uzun müddət ərzində istifadə etdikdə saç cizgiləri çox geriyə doğru çəkildiyi üçün saçlarınız qopa bilər. Bundan başqa, dəmir ətraflı rezin sancaqlar da saçınıza zərər verə bilər.
4. Yaş saçları formalaşdırmaq
Dəniz və hovuz kənarında ya da çox tez-tez duş alman fərq etməz, yaz boyu saçlarımızı çox vaxt yaş qalır. Bu da saçların zərər görməyə olduqca meylli demək anlamına gəlir. Buna görə saçların yaş ikən əsla dağınıq bir toppuz formasında saçını yiğmamalı və sərt şəkildə damamalısınız. Bunun əvəzinə hamamda baxım kremi tətbiq edib saçlarının yumşalmasını təmin etdikdən sonra duş sonrasında da baxım spreyi tətbiq edib asanlıqla daraya bilərsiniz.