Hər nə qədər bu mövsüm qısa saçlar dəb olsa da, uzun saçlar bütün mövsümlərin ən trend saç formasıdır. Saçlarını daha tez uzatmağın yollarını axtaran xanımlar çoxdur. Elə biz də siz xanımları nəzərə alıb saçlarınızı tez uzatmaq üçün 4 ipucunu sizinlə paylaşırıq.
1. Saçlarınızı mütəmadi olaraq kəsdirin
Saç ustanıza saçlarınızın qırıqlarını, korlanmış hissələrini 7 və ya 8 həftədə 1 dəfə kəsdirin. Nəticədə saçlarınızın qırıqlarından qurtularaq onların daha tez uzanmasını təmin etmiş olarsınız.
2. Nəmləndirin
Quru saçlar çox tez qırılır, tez qırılan saçlar isə istədiyiniz uzunluqda heç vaxt olmaq. Hər dəfə duşda saçlarınızı yuduqdan sonra saç kremilə saçlarınızı masaj edin və 5 dəqiqə saxladıqdan sonra yaxalayın. Kremi saçlarınızın diblərinə çəkməsəniz yaxşı olar.
3. Düzgün qidalar qəbul edin
Saçlar zülal, dəmir, sink, omega-3 və B12 vitaminilə inkişaf edir. Bu səbəblə də, somon, avokado, yumurta, lifli yaşıl tərəvəzlər, lobya kimi qidalar qəbul etməyinizdə fayda var.
4. Baş dərinizə qulluğu unutmayın
Duş alarkən baş dərinizi masaj edin. Etdiyiniz masaj baş dərinizdə qanın dövranını daha yaxşı edər və saçlarınızın uzanmasına şərait yaradar. (Foxy.az)