saftali

Şaftalı suyunun FAYDALARI

Baxış sayı: 965

Şaftalı suyu C, E və K vitaminləri, fosfor, maqnezium, mis, sink, kalium, manqan, dəmir və kalsium kimi minerallarla zəngin yay içkisidir. Əsl vitamin anbarı olan şaftalı suyu orqanizmin ehtiyac duyduğu faydalı qida dəyərləri ilə təmin edir.

Bu yazıda oxucuları şaftalı suyunun faydaları ilə tanış edirik.

 

Hipokalemiyanın qarşısını alır

Qandakı kalium çatışmazlığı hipokalemiya adlanır. Bu, ürək döyüntülərinin tezliyinin və əzələlərin zəifləməsinə səbəb olur. Kalium dəyərləri baxımından zəngin olan şaftalı suyu hipokalemiyanın qarşısını alır, əzələ toxumasının regenerasiyasını yaxşılaşdırır.

 

Xərçəngin yaranmasına mane olur

Şaftalı suyunun əsas faydası odur ki, anti-kanserogen təsiri sayəsində sərbəst radikalların səbəb mənfi təsirlərin qarşısını alır. Şaftalı suyu xüsusilə döş, ağciyər və kolon xərçənginə qarşı qoruma təsiri yaradır.

 

Daha sağlam gözlər

Şaftalı şirəsi göz sağlamlığını qorumasında da xüsusi rol oynayır. Çünki onun tərkibi gözlər üçün faydalı olan beta karoten və karotenoid baxımından zəngindir. O, həm kataraktanın qarşısını alır, həm də yaşla meydana gələn göz zəifliyini aradan qaldırır.

 

Dərinin elastikliyini bərpa edir

Tərkibindəki C vitamini sayəsində dərinin yenilənməsində böyük rol oynayır. Ultrabənövşəyi şüalardan və günəşin zərərli təsirlərindən qoruyur.

 

Həzm sistemini tənzimləyir

 

Həzm sistemini yaxşılaşdırır və bağırsaq xərçənginin qarşısını alır, həmçinin hemoroid və qastrit kimi mədə xəstəliklərinə müalicəvi təsir göstərir.

 

Arıqladır

Şaftalı suyunu məşqdən sonra içmək faydalıdır. Lif ehtiva etməsi səbəbi ilə uzun müddət tox qalmağı təmin edir.

 

İmmunitet sistemini gücləndirir

Şaftalı suyu bədənin mikrob, xəstəlik və infeksiyalara qarşı müqavimətini artırır.

 

Beyin funksiyalarını inkişaf etdirir

Bu içki xüsusən beş yaşdan aşağı uşaqların koqnitiv inkişafı üçün faydalıdır.

 

Xolesterini azaldır

Şaftalı xolesterinin səbəb olduğu hipertoniya, diabet kimi xroniki problemlərin yaranmasına mane olur. Damarları təmizləyərək ürək sağlamlığını qoruyur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir