Tədris ilinin başlaması uşaqlarda müəyyən çətinliklərin yaranmasına səbəb olur. Hər uşağın məktəbə adaptasiyası müxtəlif olur, bəzi şagirdlər heç də asanlıqla uyğunlaşa bilmir.
Məktəblilərin çətin adaptasiyasına gətirib çıxardan səbəblər nələrdir?
Əsas səbəblərdən biri; valideynləri ilə uzun müddət birlikdə vaxt keçirən uşaqlar yenidən məktəbin nizam-intizamına əməl etməli olurlar. Bütün yayı istirahətdə, dostları ilə vaxt keçirən şagirdlər uzun bir aradan sonra məktəb rejiminə birdən-birə öyrəşə bilmirlər. Bu zaman iş məktəb rəhbərliyinin, müəllim kollektivinin, eyni zaman da valideynlərin də üzərinə düşür. Müəllimlərin valideynlərlə yaratdıqları qarşılıqlı ünsiyyət sayəsində bu çətinlikləri qısa müddətdə aradan qaldırmaq mümkündür.
Xüsusilə də I və V sinif şagirdləri yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkirlər. Birinci sinif şagirdlərə daha çox qayğı ilə yanaşılmalı, onlara məktəbi və müəllimləri sevdirməyə çalışılmalıdır. Bu zaman valideyn dəstəyi xüsusilə vacibdir. Valideyn övladını məktəbə psixoloji olaraq hazırlamalı, onunla yeni mühit, dərslər və yeni dostlar haqqında söhbətlər etməlidir. Məktəb hazırlıqlarını bərabər etmək, uşağın otağını dərs mühitinə hazırlamaqla onda dərsə motivasiyanı artırmaq olar. V sinif şagirdlərinin də dörd il onlara dərs deyən ibtidai sinif müəllimlərindən ayrılması, yeni sinfə qədəm qoyması və birdənbirə bir neçə əlavə fənn keçmələri, yeni müəllimlərə uyğunlaşması kimi məsələlər də onlarda ilk vaxtlar adaptasiya çətinliyi yaratsa da, təcrübəli müəllimləriminin və məktəb psixoloqlarının sayəsində qısa müddətdə bu aradan qaldırılır.
Dərsə yeni başlayan uşaqlarda isə nəinki davranış, həmçinin də emosional baxımından dəyişikliklər müşahidə oluna bilər və bunu normal hal kimi qəbul edib, uşağa hər cəhətdən dəstək olmaq lazımdır. Valideynlərin övladları ilə qarşılıqlı ünsiyyət qurması sayəsində bu çətinlikləri qısa müddətdə aradan qaldırmaq mümkündür.
Digər səbəblərdən biri; Çox zaman valideynlər məktəblə bağlı uşaqları qorxudurlar. “Məktəb gəlir, artıq tez yatmalısan, daha bu oyuncaqlarla oynamayacaqsan” və s. kimi fikirlər onların adaptasiyasına mənfi təsir göstərir. Bununla da uşağa bir məsuliyyət, bir ağırlıq yükləyirlər. Uşaq da məktəbin necə qorxunc bir yer olduğun düşünür. Lakin bu belə olmamalıdır.
Adaptasiyaya təsir edən faktorlar
Uşağın günlük həyat tərzi sistemli və nisbətən tələbatlarına uyğun şəkildə valideynlərinin dəstəyi ilə planlaşdırılmalıdır. Bu zaman uşağın gün ərzin öz əyləncə saatı olmalıdır, həmçinin də uşaq hər gün eyni saatda yatıb, eyni saatda da oyanmalıdır. Tətil müddətində də uşaq daha çox yuxusuz qalmamalıdır, dəqiq yuxu saatı tənzimlənməlidir. Çünki yuxu uşaq sağlamlığında əhəmiyyətli yerlərdən birini tutur.
Uyğunlaşma prosesində məktəblinin yuxu rejimi ilə yanaşı qidalanması, gigiyenası, dərsədavamiyyəti kimi məsələlər mühüm rol oynayır.
İnsan sağlamlığında qidalanma əsas olduğu üçün uşaqların qəbul etdiyi qidaların düzgün seçilməsi də əsas məsələlərdən biridir. Burada səhər yeməyi xüsusi yer tutur. Səhər qəbul olunan qida orqanizm üçün vacib bioloji komponentlərlə zəngin olmalıdır. Düzgün qidalanmadıqda isə sağlamlıqda müəyyən problemlər yaranır. Bizim əsas məqsədimiz sağlam gənclər yetişdirməkdir. Sağlam ruh da yalnız sağlam bədəndə mümkündür. Buna görə də valideynlərlə söhbətlər apararkən də bu məsələlərə qarşı diqqətlə yanaşmağın nə dərəcədə əhəmiyyətli olduğunu xatırladılmalıdır.
Uşaq öz xüsusi baxışları və düşüncələri ilə inkişaf edən şəxsiyyətdir. O da arzularına hörmətlə yanaşılmağını istəyir. Uşağa qarşı diqqətli olmaq və vaxt ayırmaq onun inkişafında, formalaşmasında mühüm rol oynayır.
Uşaqları məktəbə davamiyyətini təmin etmək, dərslərə yubanmalarının qarşısını almaq, verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə diqqət etmək və digər bu kimi məsələlər barədə valideynlərlə mütəmadi söhbətlər aparılır, onlarla birlikdə uşaqlarda yaranan adaptasiya çətinliyini aradan qaldırmaq üçün birgə hərəkət edilir.
Şagirdlərin məktəbə adaptasiya formaları.
Məktəbə adaptasiya- çoxplanlı prosesdir. Onu fizioloji və sosial-psixoloji adaptasiya olaraq iki yerə ayırırıq.
1.Fizioloji adaptasiya
Yeni şəraitə və tələblərə vərdiş etmək üçün uşağın orqanizmi bir neçə mərhələdən keçir:
1) Təhsilin ilk 2-3-cü həftəsi “fizioloji tufan” adlanır. Bu mərhələdə uşağın orqanizmi bütün yeni təsirlərə cavab verir, yəni uşaqlar orqanizmin resurslarının əhəmiyyətli hissəsini sərf edirlər. Bu bir faktdır ki, birincilərin bir çoxu sentyabrda xəstələnirlər.
2) Adaptasiyanın növbəti mərhələsi – dayanıqsız uyğunlaşmadır. Uşağın orqanizmi yeni şəraitə uyğun optimal reaksiyalara yaxın variantlar tapır.
3) Dayanıqlı uyğunlaşma mərhələsi. Orqanizm yüklənmələrə daha az gərginliklə reaksiya verir.
Müəllim və valideynlərin çoxu birincilərin fizioloji adaptasiyanın çətinliyini qiymətləndirməməyə meyillidirlər. Buna baxmayaraq, həkimlərin müşahidəsinə görə, bəzi uşaqlar I rübün sonuna qədər arıqlayır, çoxlarında arterial təzyiqin aşağı düşməsi (yorğunluq əlaməti hesab olunur), bəzilərində isə yorğunluq əlamətinin əhəmiyyətli dərəcədə artması qeyd edilir. Təəccüblü deyil ki, birincilərin çoxu I rübdə baş ağrısından, yorğunluq və bəzi naxoşluqlardan şikayətlənirlər. Vərdişin çətinliklərinin və orqanizmin gərginliyinin təzahürləri uşaqların evdə şıltaqlıqları, davranışın, özünüidarəetmə bacarıqlarının aşağı düşməsi ilə nəticələnə bilər.
2.Sosial-psixoloji adaptasiya
Uşağın məktəbə nə vaxt getməsindən asılı olmayaraq, o, inkişafının xüsusi mərhələsini – 6-7 yaş böhranı mərhələsini keçir. Dünənə qədər körpə sayılan uşaqların sosial statusu dəyişir, yeni sosial rol “şagird” rolu meydana çıxır. Bunu sosial “mən”in yaranması hesab etmək olar.
Xarici pozisiyanın dəyişikliyi birincililərdə şəxsiyyətin özünüdərkinə, dəyərləri yenidən qiymətləndirməsinə səbəb olur. Əvvəllər əhəmiyyətli olanlar ikinci dərəcəyə keçir, təhsilə münasibət isə daha dəyərli olur.
6-7 yaşında uşağın emosional sferasında ciddi dəyişikliklər baş verir.
Məktəbəqədər dövrdə uğursuzluqla qarşılaşan və ya xarici görünüşü ilə bağlı neqativ əks əlaqə alan uşaqlar, əlbəttə ki, inciklik və peşmançılıq duyur, lakin bu onların şəxsiyyətlərinin formalaşmasına bütövlükdə köklü təsirlər göstərmir. 6-7 yaş böhranı dövründə uşağın intellektual inkişafı, onun inkişaf etmiş ümumiləşdirmə bacarıqları ilə yanaşı həyəcan və narahatlıqları da ümumiləşir. Beləliklə, uğursuzluq zənciri (təhsildə, ünsiyyətdə) davamlı natamamlıq kompleksinin formalaşmasına gətirib çıxara bilər. Bu da öz növbəsində 6-7 yaşlı uşağın özünüqiymətləndirməsinə, iddia səviyyəsinin inkişafına neqativ təsir göstərir.
Məktəblərdə dezadaptasiya problemi
Bir sıra tədqiqatçıların fikrincə məktəb dezadaptasiyası mənimsəmənin, davranışın, şəxsiyyətlər arası qarşılıqlı münasibətlərin pozulmasında büruzə verir. Bunun qarşısının alınması istiqamətində vaxtında müəyyən iş aparılmazsa uşaqların məktəbdə verilən biliklərə yiyələnə bilməməklə yanaşı, həmdə onların tərbiyəsində müəyyən çətinliklər əmələ gəlməsinə gətirib çıxara bilər. Bir sıra müəlliflər İ.N. Aqafonova, L.M. Kovalyova, V.E. Kaqan məktəb dezadaptasiyasımn aşağıdakı simptomlarını ayırırlar:
- ətrafdakılara qarşı aqressiyanın artması;
- özündə çatışmazlığın olması hissi;
- emosional pozuntular, əsəbilik;
- həddənziyadə hiperaktivlik;
- yalançılıq, tənhalığa meyllilik;
- məktəbdən qorxmaq;
- barmaqlarını sormaq, dırnaqlarını dişləmək, gecə enurezi;
- əllərin əsməsi və xəttin qırıq-qırıq olması.
- tərslik, qorxular;
- hədsiz həssaslıq;
- diqqətsizlik, özünə inamsızlıq;
- yalançılıq, tənhalığa meyllilik;
- məktəbdən qorxmaq;
- barmaqlarını sormaq, dırnaqlarını dişləmək, gecə enurezi;
- əllərin əsməsi və xəttin qırıq-qırıq olması.
İ.S.Çinikaylo məktəb dezadaptasiyasını yaradan amillər sırasında aşağıdakılar göstəri:
- uşağın məktəb təliminə’ kifayət səviyyədə hazır olmaması,sosial-pedaqoji baxımsızlıq
- uzun müddətli sosial deprivasiya (sosial əlaqələrdən məhrum olunma);
- somatik zəiflik,psixi funksiyalar və idrak proseslərinin inkişafında pozuntular;
- məktəb vərdişlərinin formalaşmasında pozuntular (disleksiya,disqrafıya);
- hərəki pozuntular (mikrohərəkətlərin kifayət qədər koordinasiya edilə bilməməsi);
- emosional pozuntular,müxtəlif mənşəli psixi travmalar.
Müasir şəraitdə məktəb dezadaptasiyası probleminə mövcud yanaşmaları nəzərdən keçirən S.D.Artyomov aşağıdaki istiqamətləri ayınr:
Tibbi yanaşma. Bu yanaşma müxtəlif psixi xəstəliklər zamanı uşağın ətraf aləmə,insanlara adaptasiyasının pozulmasını ön plana çəkir.
Sosial-psixoloji yanaşma. Bu yanaşma,ilk növbədə,uşağın ətrafdakılarla sosial- psixoloji əlaqələrinin pozulmasını nəzərdən keçirir.
Ontogenetik yanaşma.Bu yanaşma dezadaptasiyanı yaş böhranları konteksində nəzərdən keçirir və hesab edir ki,yaş böhranları zamam inkişafın sosial şəraitinin dəyişməsi məktəbə yeni gələn uşağın qarşısında bir sıra yeni tələblər qoyur,fərd isə buna kifayət qədər hazır olmur.
Müəllimlər və valideynlər nələrə diqqətetməidirlər?
İlk dərs həftəsində uşaqlarla dərsə adaptasiya olmaq, diqqətin cəmlənməsi ilə bağlı psixodiaqnostik işlər aparılmalı, ehtiyac olarsa, profilaktik tədbirlər görülməlidir. Ən azı, həftədə bir dəfə onlarla qrup terapiyasının keçirilməsi, idrak proseslərinin inkişafına müsbət təsir göstərən aktiv zehni oyunların, inkişafyönümlü söhbətlərin, müxtəlif psixokorreksiya işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir.
Adaptasiya prosesində uğurlu nəticə əldə etmək üçün valideyn və müəllimlər uşaqlarla qarşılıqlı münasibətdə səbrli olmalı, şagirdlərin suallarına təmkinlə cavab verməlidir. Əgər övladlarınızın sağlam düşüncəyə, güclü psixologiyaya malik olmağını istəyirsinizsə onlara daha çox vaxt ayırın.
Valideynlər övladları ilə ünsiyyət zamanı onların narahatlıqlarını nəzərə almalı, uşağın bütün kiçik nailiyyətlərinə fikir verməli: uşağı deyil, onun davranışlarını qiymətləndirməli; uğursuzluqlardan danışarkən bütün bunların müvəqqəti olduğunu qeyd etməli; müxtəlif çətinliklərin öhdəsindən gəlmək üçün uşağın aktivliyini dəstəkləməlidirlər.
Leyla Bağırlı
“Rebrain Academy”nin psixoloqu
Məktəb qorxusu uşaqlarda ciddi problemlər yarada bilər. Müəllimlərin və valideynlərin birgə çalışması vacibdir
İlk sinif şagirdlərinin adaptasiya dövrü çox həssasdır. Onlara daha çox sevgi və anlayışla yanaşmalıyıq
Uşaq psixologiyası sahəsindəki dəyişikliklərə diqqət yetirmək önəmlidir. Təkcə akademik biliklər yetmir