aile

Sağlam ailə modeli və mədəniyyəti

Baxış sayı: 842

“Xalqımızın yaşaması, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”.

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Xalqımız üçün uzaq keçmişdən gələn təmiz və nümunəvi ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzi bu gün prioritet məsələlərdən biridir. Sosial-iqtisadi sahədə uğurlara imza atan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməkdədir.Sosial-iqtisadi həyatda dəyişikliklər mənəvi-psixoloji mühitə də öz təsirini göstərir.Cəmiyyətdə ailə və gender məsələlərinə diqqət artır.Ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi bütün dünyada aktual problemdir. Azərbaycan ailəsi həmişə uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir.Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur.

Ailə,onun reallıqları haqqında nə qədər danışsaq, yazsaq azdır belə.Sağlam ailələr sağlam cəmiyyətin və güclü dövlətin əsas hərəkətverici qüvvəsidir.

Ailə – cəmiyyətin və dövlətin ən mühüm sosial dəyəridir. “Müasir Ailə”də bizim milli psixologiyamız önəm daşıyır. Mən cəmiyyətimizdə hər bir gəncin savadlı, dünyagörüşlü, sevgi dolu ailədə böyüyüb formalaşmasını arzu edirəm.

İdeal ailə necə olmalıdır? Yəqin ki, müasir dövrdə bu sual çoxumuzu düşündürür. Bir ailənin inkişafı, təməlli, ideal olması üçün iki insanın bir-birinə yüksək sevgisi, hörməti olmalıdır və xarakterlərinin təzahürləri bir-birini tamamlamalıdır. Hər bir çətin vəziyyətdə əl-ələ verib yenidən ayaqüstə qalxmağı bacarmalıdırlar. Və ən əsası bizim milli ideologiyamıza xas olan bir məqam “ailəyə kənar müdaxilələr olmamalıdır”. Bizim hələ bu səpkidə düşüncəmiz tam inkişaf etməyib. Gənclərin istək və arzuları nəzərə alınmalı, onların tam ailə olaraq formalaşması üçün hər iki tərəfin ailəsi buna səy göstərməlidir.

“Müasir Ailə” modelinin təməlində bir çox prinsiplər dayanır. Bu prinsiplərdən ən önəmlisi ailə mədəniyyətidir. Ailə mədəniyyəti geniş məfhumdur. Hər bir gənc aydın dərk etməlidir ki, ailə mədəniyyəti qarşılıqlı münasibət, bir-birinə hörmət etmək, səmimi münasibət, bir-birinin qayğısına qalmağı bacarmaq, fikir və hissləri bir-biri ilə bölüşmək, bir-birinə sevgisini yetəri qədər verməyi bacarmaq, ağıllı yaşamaq əsasında formalaşır. Buna görə də gənclər gələcək ailələrinin bütövlüyünü saxlamaqla yanaşı, cəmiyyət qarşısında məsuliyyət daşıdıqlarını da dərk etməlidirlər.

Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını istəyəcəkdir. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlim ictimai mühitə də nüfuz edir. Bir məqamı nəzərdən qaçırmamalıyıq ki, ailə cəmiyyətlə, mövcud olduğu dövrlə daim sıx əlaqədə olan bir institutdur. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatın hər sahəsinə nüfuz etməsi bir sıra müsbət tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynayır. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Ailə münasibətlərində bəzən arzuolunmaz transformasiyalar baş verir. Cəmiyyət, hər bir vətəndaş bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.

Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir kəsin arzusu ailə qurmaq və ailə sahibi olmaq, uşaq dünyaya gətirmək, uşaq atası, uşaq anası olmaqdır. Bundan böyük xoşbəxtlik yoxdur”.

Ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham ailə dəyərlərinə həmişə böyük həssaslıqla yanaşaraq demişdir: “Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri bizim milli dəyərlərimizdir. Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəz¬olunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.

Cəmiyyətdə ailənin psixoloji sağlamlığı əsas meyarlardan hesab olunur.Çünki ailənin psixoloji sağlamlığına ailə dəyərlərinin üstün tutulması aiddir ki, bu da ailənin uzunömürlü olmasına gətirib çıxarır.

Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdır. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları isə ailə mənəviyyatının özülüdür. Ona görə də xalqımıza məxsus olan ailə dəyərlərinin qorunub yaşadılması və möhkəmləndirilməsi hər bir vətəndaşın üzərinə düşən vacib vəzifədir.

Bugün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan qadın hərəkatının lideri, Azərbaycan Respublikasının birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən ailə problemlərinin həlli istiqamətində önəmli layihələrin gerçəkləşdirilməsini xüsusilə qeyd etmək lazımdır. Azərbaycan ailəsinin problemlərini diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrimizin rifahına yönəlmiş böyük layihələr uğurla reallaşır. Onun cəmiyyətdə yaratdığı misilsiz mənəvi mühit, ulu öndərin şəxsi nümunəsindən qaynaqlanan ideal ailə modeli insanları daxili zənginliyə və mənəvi saflığa səsləyir.Bu uğurlu, fəxr etdiyimiz örnək ailələr Azərbaycanın gələcəyinin təminatçısıdir.

Müasir dövrdə ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalaşdıran KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Milli-mənəvi dəyərlərin təbliği ictimai və dövlət televiziyalarının başlıca fəaliyyət prinsiplərinə daxil olduğundan bunu görmək olar. Lakin özəl telekanallarda ailə dəyərlərimiz demək olar ki, təbliğ olunmur. Şou və reklam dalınca qaçan TV kanallar sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini nümayiş etdirirlər. Halbuki Azərbaycan cəmiyyətinin nümunəvi ailələri müqayisə olunmayacaq dərəcədə üstünlük təşkil edir və bu nisbətdə qat-qat çoxdur. Düzdür, ailələrin problemlərini işıqlandırmaqla cəmiyyətin qüsurlarını göstərmək olar, lakin burada balans pozulmamalıdır. KİV-in dünyaya inteqrasiyası, əhatə dairəsi nəzərə alınaraq xalqı təmsil edən ailələrin həmin xalq haqqında rəy formalaşdırması unudulmamalıdır. Media həm də müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri göstərməli, təbliğ etməlidir.

Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu bizim milli adət-ənənəyə çevrilmişdir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik.

 

Rövşən Əvəzoğlu

Müstəqil araşdırmaçı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir