Gündə iki dəfə mütəmadi şəkildə diş fırçalamaq sadəcə dişlər üçün deyil, eyni zamanda orqanizm üçün olduqca vacibdir.
“Gencaile.az” xarici mətbuata istinadən dişlərimizin bəyazlığı və sağlamlığı üçün etməli olduğumuz vərdişlərin bəzilərini diqqətinizə çatıdırır.
1. Sadəcə dişinizi deyil, dilinizi də fırçalayın
Qida qalıqları dilin üzərində toplanaraq ərp yaradır. Buna görə də dişimizi fırçalayan zaman yüngül hərəkətlə dilin üzərini də təmizləmək lazımdır.
2. Diş ipindən istifadə edin
Diş ipindən istifadə etmək çətin olsa da, buna vərdiş etdiyiniz zaman aradakı fərqi özünüz görəcəksiniz.
3. Diş pastasından çox istifadə etməyin
Noxud ölçüsündə pasta dişlərinizi və dilinizi tamamilə təmizləmək üçün kifayət edəcək. Əksi təqdirdə həm təmizlənməsi çətinləşir, həm də artıq pastanın udulması ehtimalı var.