Yay aylarında qızmar istidə maye itkisinin artması səbəbindən bol suya ehtiyac yaranır. Bununla belə, mütəxəssislər deyirlər ki, su içərkən qurtumlamaq lazımdır.
Mütəxəssislər artan temperaturda maye itkisinin qarşısını almaq üçün gündə 2-2,5 litr soyuq su istehlak etməyi məsləhət görürlər.
Onlar soyuq suyun həm faydası, həm də zərərli olduğunu da açıqlayıblar.
Sağlamlıq üzrə mütəxəssis Hülya Cihan isti yay aylarında soyuq su istehlakının əhəmiyyətli dərəcədə artdığını bildirib: “Bəzi insanlar üçün bu, vərdiş halına gələ və qışda da davam edə bilər.
Soyuq suyun faydalarına baxdığımızda, xüsusilə idman zamanı soyuq su istehlak etmək məşqin daha təsirli olmasına kömək edir. Bunun səbəbi məşq zamanı artan bədən istiliyinin normala dönməsidir. Bu da məşq zamanı çox vacibdir. Həddindən artıq maye itirildiyi üçün bu mayeləri tez bir zamanda əvəz etmək üçün soyuq su istehlak etməyi məsləhət görürük. Amma burada diqqət etməmiz lazım olan məqam suyu qurtum-qurtum içməkdir”.
Aysel Şahmar