qeybet

Sağlam və xoşbəxt olmağın sirri: Dedi-qodu

Baxış sayı: 1. 408

Daha çox qadınların sevdiyi dedi-qodu, haqqında danışılan insana ziyan olsa da, şayiəni yayana faydalıdır. Bəli, bəli, yanlış duymadınız. Aparılan araşdırmalar zamanı dedi-qodu edən insanların daha sağlam  və xoşbəxt olduqları müəyyən olunub. Demə, dedi-qoduyla məşğul olan insanlar daha sağlam və xoşbəxt olmaqla yanaşı, cəmiyyətə yararlı insanlarmış.

qeybet

“Gencaile.az”-ın məlumatına görə, ABŞ-da Stanford Universitetinin 216 şəxs üzərində apardığı araşdırması nəticəsində dedi-qodu edən insanların işə daha meylli və eqoistiklikdən uzaq olduqları ortaya çıxıb. Bu cür insanların uğurları daha çox olur və işdə güvənilməyən insanları daha tez tanıyırlar. Dedi-qodu insanlar arasında xəbərçilik kimi hesab edilib bəyənilməsə də, hər halda araşdırmaların nəticəsi belədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir