2023-06-09-15-11-14jjsp9rjip7r61383wuuy_file

Sağlamlığı bərpa edəcək 10 heyrətamiz FAKT

Baxış sayı: 522

Sağlamlığımızı yaxşılaşdırmağa kömək edəcək və tibbi sübut olunmuş 10 heyrətamiz fakt var.

Əgər bunlara əməl etsəniz, ömrü xeyli uzada bilərsiz:

1. Gündə bir-iki fincan qəhvə faydalıdır. British Medical Journal-a görə, gündə 2-4 fincan qəhvə içmək sağlamlığımız üçün faydalıdır.

2. Optimistlər daha uzun yaşayırlar. Onlarda təzyiq və qanda xolesterol çox zaman normada olur.

3. Bədənimiz karbohidratlar üçün qurulub. Buffalo Universitetinin tədqiqatçıları məməlilərin 46 növünü tədqiq edərək aşkar ediblər ki, insan orqanizmi həqiqətən də daha çox karbohidrat həzm edə bilmək üçün təkamül keçirib.

4. LED işıqlar ciddi göz yorğunluğuna səbəb ola bilər. LED işıqlar sirkad ritmimizə, yuxu-oyanma dövrünü tənzimləyən prosesə mane ola bilər və baş ağrıları, görmə yorğunluğu və ümumi görmə narahatlığına səbəb ola bilər.

5. Bədəniniz pəhrizdən fayda görmür. Pəhriz düşündüyümüzdən daha zərərli ola bilər.

6. Yeni dil öyrənmək beyni cavanlaşdırır.

7. Yulaf əzməsi bizi daha xoşbəxt edir. Yulaf əzməsi serotonin istehsalını stimullaşdıran sağlam bir karbohidratdır.

8. Sürətlə yeriyən insanların ürəyi daha sağlamdır. Müntəzəm olaraq, sürətli yerişlə məşğul olmaq ürək-damar xəstəliklərinə tutulma ehtimalını 31%, ölüm riskini isə 32% azaldır.

9. Sağlam qidalanan insanların eşitmə qabiliyyəti daha yaxşı olur.

10. Gözlərinizi yummağınız hər şeyi daha yaxşı xatırlamağınıza kömək edəcək. Tədqiqatlar göstərir ki, gözlərinizi yummaq yaddaşınızı gücləndirir, buna görə də avtomobilinizi harada saxladığınızı və ya açarlarınızı unutsanız, bir dəqiqəlik göz yummaq xatırlamağa kifayət edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir