Çobanyastığı
Sızanaq və ekzemaya qarşı faydalıdır. Ənənəvi olaraq sinirləri sakitləşdirmək və rahat yuxu üçün faydalıdır.
Qanqal
Təzə yetişmiş qanqalı soyub yemək çürümə gedən dişlərin sağlamlaşmasına kömək edir, gözün görmə qabiliyyətini artırır.
Lavanda
Kompres və ya lasyon olaraq istifadəsi yaraların, çibanların müalicəsində müsbət nəticə göstərir. Qaraciyərin təmizlənməsinə kömək edir. Bu xüsusiyyəti ilə qaraciyər çatışmazlığı, hepatit B və C, sarılıq kimi xəstəliklərdə faydalıdır.
Gicitkan
Dəri xəstəliklərinin böyük hissəsinə, xüsusilə ekzemanı müalicə edir. Gicitkan saç tökülməsinin qarşısını alır, həmçinin dərinin yağlılığını aradan götürərək, canlanmasına səbəb olur.
Kəklikotu
Kəklikotunun xaricdən istifadəsi ağrıların azaldılmasına,mədə ağrılarına, yaraların və kəsiklərin qısa müddətdə sağalmasına kömək edir.
İhlamur
Dərini yumşaltma, təmizləmə və dəridə meydana gələn qırmızı ləkələri yavaş-yavaş azaltmaq xüsusiyyətinə malikdir. Qeyd edək ki,saçı tökülən insanlar ihlamurdan istifadə edə bilərlər.
Tərxun
Tərxunu yarpızla birlikdə qaynadıb saçı yumaq saça həm parlaqlıq bəxş edir. Bu bitki həm saçları uzadır, həm də onların tökülməsinin qarşısını alır. Tərxunu qaynadıb üzünüzü yumaq məsləhətlidir,çünkü bu üsul üz qırışlarını azaldır. Tərxunun suyunu içmək tərləmənin qarşısını alır, susuzluğu azaldır.
Uzaq yola dözməyib benzin iyindən ürəyi bulananlar özləri ilə tərxun götürüb yolda iyləməklə bunun qarşısını ala bilərlər.
Samirə Tağıyeva