smartfon

Sağlamlıq üçün ən təhlükəli smartfonlar

Baxış sayı: 1. 343

Müstəqil araşdırma şirkətləri təsdiqləyib ki, “iPhone” və “Galaxy”ın bəzi modelləri elektromaqnit radiasiyasının normasını beş dəfəyə qədər artırır.

“Gencaile.az” saytı  xarici mediaya istinadla bildirir ki, ABŞ-ın Federal Rabitə Komissiyasında akkreditasiya olunan müstəqil laboratoriyalar real şəraitdə altı smartfonu sınaqdan keçirib.

Sınaq 0 ilə 10 mm aralığında, şərti bir insan bədəninə aparılıb. Ən dəhşətlisi isə iPhone 8-də qeydə alınıb – onun radiasiyası normadan 5 dəfə artıq olub.

Smartfonlar hər bir ölkədə sertifikatlaşdırılır- bu zaman parametrlərdən biri insan orqanizmi tərəfindən udulan elektromaqnit şüalanma səviyyəsidir (SAR).

Smartfon istehsalçıları laboratoriyada ölçmələr aparırlar ki, bu da real həyatda baş verənlərə uyğun gələ bilməz. Nəticələr kökündən fərqlidir:

* iPhone 8 birbaşa təmasda SAR normasını beş dəfə üstələyir

* Samsung Galaxy S8 normanı 3 dəfə üstələyir

Müasir smartfonlarda radiasiya normalarının mümkün həddini keçdiyini 2019-cu ilin avqust ayının sonunda Chicago Tribune nəşri diqqət çəkib. Jurnalistlər təhlil üçün müstəqil bir laboratoriyaya ödəniş edilbər və bir çox modelin SAR standartlarını dəfələrlə üstələdiklərini öyrəniblər.

FeganScott hüquq firmasi rəsmi olaraq FCC tərəfindən təsdiqlənmiş laboratoriyalarda əlavə sınaq keçirib. Normanın yüksək olması informasiyası təsdiqlənib.

FeganScott şirkəti Apple və Samsung şirkətlərindən smartfonların radiasiya standartlarına uyğun olmalarını və zərərin əvəzinin ödənilməsini tələb edən bir iddia qaldırıb. Kompensasiya məbləği açıqlanmır.

Smartfonun radiasiyası nə qədər zərərlidir?

İndiyə qədər bir smartfonun elektromaqnit şüalanmasının insana təsirini geniş miqyaslı və təsdiq edilmiş bir araşdırma yoxdur – necə təzahür edir, hansı şərtlərdə və nə qədər təhlükəlidir?

SAR radiasiyasının yalnız məqbul bir səviyyəsi var, bu da smartfonun daimi istifadəsi ilə insana heç bir şəkildə təsir etməməsini təmin edir. Ancaq heç kim dəqiq deyə bilməz ki, SAR nomasını aşan smartfondan uzun müddət istifadə etsəniz nə baş verəcək.

Buna görə Samsung və Apple-yə qarşı oxşar bir iddia, mümkün bir problemə diqqəti cəlb edə bilər.Yalnız o zaman bir smartfonun insan orqanizminə təsiri barədə daha çox məlumat əldə edə bilərik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir