Şərbətli şirniyyatı bir çoxlarımız sevirik. “Gencaile.az” damaq dadınızı yeniləyəcək saray burması şirniyyatının reseptini verir.
Saray burması üçün lazım olanlar:
1 ədəd yumurta
Bir fincan duru yağ
Bir fincan qatıq
2 stəkan çəkilmiş qoz
Bir stəkan şəkər tozu
Bir kasa əridilmiş kərə yağı
2 qaşıq sirkə
Apardığı qədər un
Şərbəti üçün:
3 stəkan su
3 stəkan şəkər tozu
Hazırlanması:
Qozdan başqa bütün ərzaqları qarışdıraraq xəmir yoğurun. Xəmiri 5 dəqiqə saxladıqdan sonra bərabər kündələrə bölün. Kündələri oxlovla nazik yayın. Yayılan xəmirin içinə qozu bərabər şəkildə səpin.
Sonra xəmiri rulet formasında bükün. Digər kündələri də eyni şəkildə düzəldib soba qabına yığın. 180 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Bu müddətdə ocağın üzərində şərbətini hazırlayın.
Şirniyyat sobadan çıxdıqdan sonra soyumuş şərbəti şirniyyatın üzərinə tökün. Vəssalam, şirniyyat hazırdır.
Nuş olsun!