“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə sarımsaqlı toyuq şorbasının hazırlanmasından bəhs edəcəyik.
Tərkibi:
1 kq sümüksüz toyuq əti
2 xörək qaşığı toyuq suyu
2 xörək qaşığı un
3 xörək qaşığı qatıq
2 diş sarımsaq
1 ədəd yumurta
1 çay qaşığı duz
Sous üçün:
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı istiot
1 çay qaşığı nanə
Hazırlanması:
Toyuq ətini qazana qoyaraq qaynadın. Bişdikdən sonra qazandan götürərək soyumasını gözləyin və toyuğu bişirdiyiniz suyu bir kənarda saxlayın. Soyuyan toyuğu rondoya qoyub yaxşıca parçalayın. Un, qatıq, yumurta, duz və toyuq suyundan iki xörək qaşığı alaraq bir qabda çırpın. Toyuğu bişirdiyiniz suya unlu qarışığı yavaş yavaş əlavə edərək qarışdırın. Sarımsaqları əzin və doğradığınız toyuqla birlikdə şorbaya əlavə edərək qaynadın. Bişən şorbanı kasalara paylayın.
İstəsəniz üzərinə sous gəzdirərək servisə təqdim edə bilərsiniz.
Sousun hazırlanışı: Kiçik bir qazanda kərə yağını əridin. İstiot və nanəni kərə yağına əlavə edin və qarışdırın.
Nuş olsun!
Təqdim etdi: Məsudə Sultan