abort

Se­lek­tiv abort edən həkimləri hansı cəza gözləyir?

Baxış sayı: 1. 767

Azər­bay­can­da ək­sər ai­lə­lər­də oğ­lan uşaq­la­rı­na üs­tün­lük ve­ri­lir. Ha­mi­lə­lik vax­tı hər yol­la hə­ki­mə pul ve­rə­rək dö­lün cin­si­ni öy­rən­mə­yə ça­lı­şır, xü­su­si­lə ikin­ci ha­mi­lə­lik­dir­sə, qız uşa­ğı­nı abort edir­lər. Nə­ti­cə­də öl­kə­də qız uşaq­la­rı­nın sa­yı kəs­kin aza­lır.

Mil­li Məc­li­sin Sə­hiy­yə ko­mi­tə­si­nin sədr müa­vi­ni Mu­sa Qu­li­yev bu­nun­la bağ­lı bil­di­rib ki, “Azər­bay­can­da se­lek­tiv abort edən gi­ne­ko­loq­lar hə­kim­lik adın­dan məh­rum edi­lə­cək”. Onun de­di­yi­nə gö­rə, bu mə­sə­lə “Rep­ro­duk­tiv sağ­lam­lı­ğın qo­run­ma­sı haq­qın­da” qa­nun la­yi­hə­sin­də öz ək­si­ni ta­pıb.

De­pu­tat bil­di­rib ki, son il­lər se­lek­tiv abort­la­rın sa­yı əv­vəl­ki il­lər­lə mü­qa­yi­sə­də azal­sa da, hə­lə də dö­lün cin­si­nə gö­rə abort hal­la­rı­na rast gə­li­nir. M.Qu­li­yev de­yir ki, dö­lün ana bət­nin­də cin­si­nə gö­rə məhv edil­mə­si, do­ğu­lan qız uşaq­la­rı ilə oğ­lan­lar ara­sın­da ba­lan­sın po­zul­ma­sı­na gə­ti­rib çı­xar­dır. De­pu­tat se­lek­tiv abort­la­rın qar­şı­sı­nın alın­ma­sı­nın yal­nız in­zi­ba­ti, hü­qu­qi qay­da­da qa­da­ğa­lar­la ara­dan qal­dı­rıl­ma­sı­nın müm­kün­süz ol­du­ğu­nu bil­di­rib: “Bu­ra­da mə­də­niy­yə­tin yük­səl­mə­si, maa­rif­lən­dir­mə­nin art­ma­sı,təb­li­ğa­tın apa­rıl­ma­sı çox va­cib­dir. Cə­miy­yət­də bu is­ti­qa­mət­də cid­di maa­rif­lən­dir­mə iş­lə­ri apa­rıl­ma­lı­dır. Çün­ki hə­ki­mi də se­lek­tiv abor­ta məc­bur edən va­li­deyn­lər­dir. Va­li­deyn­lər ara­sın­da maa­rif­lən­dir­mə işi ge­niş­lən­di­ril­mə­li­dir ki, gə­lib hə­kim­lə­ri bu işə sövq et­mə­sin­lər. Di­gər bir yol isə se­lek­tiv abort edən hə­kim­lə­rin cə­za­lan­dı­rıl­ma­sı mə­sə­lə­si­dir. Dü­şü­nü­rük ki, se­lek­tiv abort edən gi­ne­ko­loq­la­rın hə­kim­lik adın­dan, hə­kim­lik pe­şə­sin­dən məh­rum edil­mə­si on­lar üçün ən bö­yük cə­za­dır. Ona gö­rə də, se­lek­tiv abor­ta yol ve­rən gi­ne­ko­loq­la­rın hə­kim­lik adın­dan məh­rum edil­mə­si mə­sə­lə­si­ni “Rep­ro­duk­tiv sağ­lam­lı­ğın qo­run­ma­sı haq­qın­da” qa­nun la­yi­hə­si­nə sal­mı­şıq. İnan­mı­rıq ki, han­sı­sa  hə­kim il­lər­lə çək­di­yi zəh­mə­ti ris­kə atıb bu cür qa­nun­suz əmə­lə cəhd edə. Yə­qin ki, ilin so­nu­na­dək bu qa­nun la­yi­hə­si Mil­li Məc­lis­də mü­za­ki­rə­yə çı­xa­rı­la­caq”.
Qu­li­yev onu da əla­və edib ki, qa­nun la­yi­hə­sin­də se­lek­tiv abort­lar­la bağ­lı qa­da­ğa­lar  xa­ri­ci eks­pert­lə­rin də tə­əc­cü­bü­nə sə­bəb olub: “Av­ro­pa öl­kə­lə­rin­də ümu­miy­yət­lə do­ğu­la­caq uşa­ğın oğ­lan və ya qız ola­ca­ğı­nı dü­şün­mür­lər. Ona gö­rə də, biz­də dö­lün cin­si­nə gö­rə ana bət­nin­də məhv edil­mə­si on­lar­da tə­əc­cüb do­ğu­rur”.

Tib­bi eks­pert, pro­fes­sor Adil Qey­bul­la Mil­li Məc­li­sin Sə­hiy­yə ko­mi­tə­si­nin sədr müa­vi­ni Mu­sa Qu­li­ye­vin “se­lek­tiv abort edən gi­ne­ko­loq­lar hə­kim­lik adın­dan məh­rum edi­lə­cək” fik­ri­ni şərh edər­kən “az­news.az”a de­yib ki, gi­ne­ko­lo­qu, hə­ki­mi pe­şə­sin­dən məh­rum et­mək üçün çox cid­di əsas­lar ol­ma­lı­dır: “Ki­min­sə hə­kim­lik adın­dan məh­rum edil­mə­si asan iş de­yil”.

Onun söz­lə­ri­nə gö­rə, əgər hə­kim tib­bin prin­sip­lə­ri­nə zidd ge­də­rək xəs­tə­nin hə­ya­tın­da hər han­sı ha­di­sə tö­rə­dir­sə, bu, ci­na­yət sa­yı­lır və hə­min hə­kim cə­za­sı­nı al­ma­lı­dır: “Bey­nəl­xalq hü­quq və təc­rü­bə ol­ma­lı­dır. Kri­mi­nal abort­lar­la bağ­lı cə­za mü­əy­yən­ləş­di­ril­mə­si baş­qa mə­sə­lə­dir. Gə­lin, bu ki­mi mə­sə­lə­lə­ri və­tən­daş­la­rın öz öh­də­si­nə bu­ra­xaq. Qa­dın doğ­maq is­tə­mir­sə, öv­lad­dan, ar­zuo­lun­ma­yan ha­mi­lə­lik­dən azad olun­maq is­tə­yir­sə, bu­na kim ma­ne ola bi­lər? Ni­yə də ma­ne ol­ma­lı­dır­lar? Ha­mi­lə olan ana on­suz da bu­nun çı­xış yo­lu­nu ta­pa­caq”.

Adil Qey­bul­la qeyd edib ki, abort so­vet döv­rün­də də qa­da­ğan olun­ma­sı­na bax­ma­ya­raq, ye­nə də hə­ya­ta ke­çi­ri­lir­di. “Yax­şı olar ki, biz bun­la­rı in­san­la­rın öz öh­də­si­nə bu­ra­xaq. İn­san­la­ra ba­şa sal­maq la­zım­dır ki, bu cür abort­la­rın hə­ya­ti təh­lü­kə­si var. İn­san­lar öz­lə­ri qə­rar ver­sin­lər. Be­lə prin­sip­lər­lə cə­miy­yə­ti ida­rə edə bil­mə­rik. Bi­lir­si­niz, mü­əy­yən mə­sə­lə­lər var. Əgər in­san ha­mi­lə­li­yi da­vam et­dir­mək is­tə­mir­sə, bu, ət­raf üçün han­sı təh­lü­kə­ni ya­ra­dar? O qa­dın azad ol­maq is­tə­yir, bu, onun hü­qu­qu­dur. İq­ti­sa­di du­ru­mu nə­zə­rə al­maq la­zım­dır. Ol­sun ki, ai­lə­də 4 uşaq var, be­şin­ci­ni is­tə­mir, ya da 4 qı­zı var, be­şin­ci­nin oğ­lan ol­ma­sı­nı ar­zu­la­yır, ona gö­rə ha­mi­lə­lik­dən azad ol­maz is­tə­yir. Bu­nun yo­lu nə­dir? Onu ne­cə həll et­mək la­zım­dır? Əl­bət­tə ki, abort”.

So­sio­loq Əh­məd Qə­şə­moğ­lu bil­di­rir ki, oğ­lan­la­rın sa­yı­nın qız­lar­dan çox ol­ma­sın­da qor­xu­lu bir şey yox­dur: “Bu­nun ət­ra­fın­da ajio­taj ya­ra­dır­lar ki, oğ­lan­lar çox ola­caq qız­lar aza­la­caq. Bu cür dü­şün­mək düz­gün de­yil”.

Qə­şə­moğ­lu qeyd edir ki, əv­vəl­lər cə­miy­yət­də qız­la­rın va­li­deyn­lər üçün yük ol­du­ğu, oğ­lan­la­rın isə iş­lə­yib evə pul gə­tir­di­yi fik­ri ya­yıl­mış­dı: “Bu fi­kir­lər in­di özü­nü doğ­rult­mur. Bu ste­reo­ti­pi qır­maq la­zım­dır. Çün­ki cə­miy­yət də­yi­şib. İn­di elə qız­lar var ki, ək­si­nə evə pul gə­ti­rir”.

So­sio­lo­qun de­di­yi­nə gö­rə, Azər­bay­can­da uzun müd­dət ki­şi qıt­lı­ğı ya­şa­nıb: “Be­lə ki, oğ­lan­lar hə­mi­şə qız­lar­dan az idi. Oğ­lan­la­rın ço­xu yet­kin­lik döv­rü­nə çat­dıq­dan son­ra öl­kə­dən ge­dir­di­lər. Qız­lar isə oğ­lan­lar qə­dər baş­qa öl­kə­lə­rə get­mir. “Ev­də qa­lan” qız­lar çox idi. Oğ­lan­lar risk­li iş­lər­lə məş­ğul ol­duq­la­rı üçün də on­lar ara­sın­da ölüm hal­la­rı da çox olur. Mü­ha­ri­bə olur, əs­gər­lik və s. Oğ­lan­la­rın çox do­ğul­ma­sı əs­lin­də yax­şı­dır. Bu­nun pis tə­rə­fi va­li­dey­nin ana bət­nin­də olan uşa­ğı tə­ləf et­mək qə­ra­rı­nı ver­mə­si­dir: “Bu o de­mək­dir ki, on­lar öz uşaq­la­rı­nın ölüm hök­mü­nü oxu­yur. On­lar­da mə­nə­vi aşın­ma baş ve­rir”.

O bil­di­rir ki, uşa­ğın cin­siy­yə­ti­nin de­yil­mə­si­nin, abort­la­rın qa­da­ğan olun­ma­sın­dan son­ra da bu­nun qar­şı­sı­nı tam al­maq ol­ma­ya­caq: “Elə bir cə­miy­yət yox­dur ki, o cə­miy­yət­də abort ha­di­sə­si 100 fa­iz ol­ma­sın. Xəl­vət kim­sə edə­cək. Kim­sə əla­və pul ve­rib və s. yol­lar­la öy­rə­nə­cək. Am­ma bu­na qar­şı cə­za­la­rı sərt­ləş­dir­mək olar”.

Eks­pert qeyd edir ki, ikin­ci qız uşa­ğı­nın do­ğul­ma­sı mü­qa­bi­lin­də pu­lun ve­ril­mə­si qız uşaq­la­rı­nın art­ma­sı üçün nor­mal mü­da­xi­lə­dir: “Am­ma on mi­nə adam böy­rə­yi­ni də sa­tır­lar. Bu oğ­lan döl­lə­ri­nin tə­lə­fi­nə də gə­ti­rib çı­xa­rar”.

Psi­xo­loq Xə­ya­lə Ab­bas deyir ki, abort­lar da­ha çox mü­səl­man öl­kə­lə­rin­də ya­yı­lıb: “Tə­bii ki, Azər­bay­can­da da abort çox et­di­rir­lər. Bi­zim öl­kə­də oğ­lan uşaq­la­rı­nı çox se­vir­lər. Məc­lis­lər­də otu­rub da­nı­şır­lar ki, “Oğul düş­mən çə­pə­ri­dir”, “Sə­nin oğ­lun var, mə­nim oğ­lum yox­dur”. Oğ­lan uşa­ğı­nı bu qə­dər is­tə­mək, ar­zu­la­maq keç­miş kök­lə­ri­miz­lə bağ­lı­dır. Öz­lə­ri də oğ­lan uşaq­la­rı­na ni­yə üs­tün­lük ver­dik­lə­ri­ni bil­mir­lər. Sa­də­cə dil­lər­də “Mən is­tə­yi­rəm ki, oğ­lum ol­sun” fik­ri do­la­şır. Va­li­deyn­lər­də be­lə fi­kir kök sa­lıb ki, gə­lə­cək­də qız gə­lin kö­çə­cək oğul isə bi­zi sax­la­ya­caq, bi­zim qay­ğı­mı­za qa­la­caq. Bu­nun­la həm də in­san­lar öz­lə­ri­ni sı­ğort­la­yır­lar”.

X.Ab­bas qeyd edir ki, biz­də ai­lə­də oğ­lan uşa­ğı­nın dün­ya­ya gə­li­şi­ni o qə­dər ar­zu­la­yır­lar ki, qız uşa­ğı olan­da mə­yus­luq ke­çi­rir­lər: “Qa­dın ha­mi­lə olan­da ər­lə­ri çox stress ke­çi­rir ki, kaş ki, oğ­lan olar­dı. Ha­mi­lə qa­dın özü də dö­lün cin­si­nin qız ol­du­ğu­nu bi­lən­də qa­nı qa­ra­lır. Dü­şü­nür ki, in­di mən evə ge­dib əri­mə, qa­yı­na­na­ma bu haq­da ne­cə de­yə­cə­yəm. Qa­dın­lar ha­mi­lə­lik vax­tı dö­lün qız ol­du­ğu­nu bil­dik­də stres­sə dü­şür­lər. Mü­səl­man öl­kə­lə­rin­dən Tür­ki­yə­ni gö­tür­sək, bur­da da be­lə­dir. Ək­sər ai­lə­lər­də oğ­lan uşaq­la­rı­na üs­tün­lük ve­rir­lər. Am­ma mü­səl­man ol­ma­yan xa­ri­ci öl­kə­lər­də be­lə de­yil. On­lar üçün dün­ya­ya gə­lə­cək öv­la­dın cin­si­nin heç bir fər­qi yox­dur”.

Onun söz­lə­ri­nə gö­rə, qız uşaq­la­rı­nın abort­la tə­ləf edil­mə­si­nin gə­lə­cək­də fə­sad­la­rı ağır ola­caq: “Azər­bay­can­lı­lar öz mil­lə­tin­dən olan qız ta­pıb ai­lə qur­maq­da çə­tin­lik çə­kə­cək. Gə­lə­cək­də oğ­lan­lar qız tap­ma­dıq­da ya özün­dən yaş­lı qa­dın ilə ai­lə qu­ra­caq ya da baş­qa yol­la­ra dü­şə­cək, ai­lə qur­maq is­tə­mə­yə­cək. Qız uşaq­la­rı­nın abor­tu gə­lə­cək­də bir qa­dı­nın bir ne­çə əri ol­ma­sı ilə nə­ti­cə­lə­nə­cək. Bir ki­şi bir qa­dı­nın hə­ya­tın­da ikin­ci və ya üçün­cü ki­şi də ol­ma­ğa ra­zı ola­caq”.

Psi­xo­loq bil­di­rir ki, bi­zim ai­lə­lər­də iki-üç qız uşa­ğı dün­ya­ya gəl­dik­də və oğ­lan uşa­ğı ol­ma­dıq­da bu­nun mən­fi psi­xo­lo­ji tə­si­ri­nə uşaq­lar da mə­ruz qa­lır: “Va­li­deyn­lər mə­yus olur ki, oğul­la­rı yox­dur. Ha­mı­nın içə­ri­sin­də oğ­lu ol­ma­dı­ğı üçün ba­şıa­şa­ğı ge­dir. Nə­ti­cə­də qız uşaq­la­rın­dan bi­ri özü­nü oğ­lan ki­mi apar­ma­ğa baş­la­yır, oğ­lan ol­maq ro­lu­nu öz üzə­ri­nə gö­tü­rür. Gə­lə­cək­də oğ­lan ki­mi ge­yi­nir, dav­ra­nır. Mə­sə­lən, bir ai­lə ta­nı­yı­ram, üç qız öv­la­dı var və on­lar­dan bi­ri oğ­lan ki­mi­dir. Hə­min qız öv­la­dı de­yir ki, “atam çox is­tə­yir­di ki, oğ­lu ol­sun və mən oğ­lan ol­ma­dı­ğım üçün özü­mü çox gü­nah­kar hiss edi­rəm””.
Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir