1446722434_a27d9a276115d9325aa44eaaeaa3cce1

Sədr müavini: “1000 oğlan uşağından 500-ə Əli adı verilir”

Baxış sayı: 1. 462

Bunu  Nazirlər kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O bildirib ki, son zamanlarda Azərbaycanda oğlan uşaqlarına daha çox Əli, Həsən, Hüseyn, qız uşaqlarına isə Fatimə, Zeynəb adları verilir: “Hətta bir vətəndaş bizə müraciət etmişdi ki, qızının adını Seyid Zeynəb qoymaq istəyir. Deyirdi ki, dindar adamdır, istəyir, uşağının adı Seyid Zeynəb olsun. Nəhayət uşağın adı Zeynəb şəklində qaldı”.

S. Sadıqova qeyd edib ki, uşaqlara verilən tarixi, müasir adların içərisində dinlə bağlı adların xüsusi çəkisi var: “Dinlə bağlı adlar artıq bizim dilimizdə oturuşub. Bu gün dinlə bağlı adlar uşaqlara həddindən çox qoyulur. 1000 nəfər oğlan uşağından 500-ə Əli adı verilir”.(APA)