Əsrlər öncə “ifritə”ləri çox qəribə və hətta gülünc əlamətlərə görə təyin edirdilər. Bu siyahıya ət xal, çillər, çəpgözlük və s. əlamətlər aid olunurdu. Qəzəbə tuş gələn qadınlar arasında çox gözəl xanımlar da olurdu. Qüsursuz qadınları hər kəs özü üçün böyük təhlükə hesab edirdi. Çağdaş dünyamızda isə vəziyyət daha fərqlidir. Çünki artıq sehirli bacarıqlar utanc yox qürur mənbəyi sayılır.
Bəs siz necə, özünüzü qeyri-adi bacarığı olan insan hesab edirsiniz?
“Gencaile.az” sehirli gücə malik qadınların başlıca xüsusiyyətlərini təqdim edir.
1. Bir insanı yada salar-salmaz həyatınızda peyda olur, ya zəng edir, ya da sosial şəbəkələrdə sizi axtarıb, tapır.
2. Qarşıdan gedən insana bir neçə dəqiqə diqqətlə baxandan sonra, sürüşüb, büdrəyib yıxıldığının şahidi olursunuz.
3. Ünsiyyət zamanı həmsöhbətinizin gözünə baxmamaq üçün tez-tez gözlərinizi qaçırırsınız ki, özünü pis hiss etməsin.
4. Ən əhəmiyyətsiz arzularınız da çin olur.
5. Uşaqlar və ev heyvanları sizi çox sevirlər.
6. Əliniz çox yüngüldür. Əkdiyiniz çiçəklər göz oxşayır, məhsullar bol bəhrə verir.
7. İnsanlar sizin yanınızda daha rahat olurlar, sizə qəlblərini açmaqdan çəkinmirlər. Qeyri-adi xoş auraya maliksiniz.
8. Keçmiş həyatınızı yaxşı xatırlayırsınız. Bəzən o yaşamınızın ən xırda ünsürlərini də yadınıza salırsınız.