Tərkibinə şəkər olan qidaları gün ərzində həddindən çox qəbul edirsinizə, sağlamlığınızın təhlükə altında olduğunu da bilməlisiniz. Şəkəri çox sevir və ondan qurtulmağı düşünürünüzsə, aşağıdakı 5 tövsiyəni yerinə yetirə bilərsiniz.
Yağsız yeməklərdən uzaq durun
Yağsız məhsullarda yağ yoxdur ancaq şəkər var. Məsələn, yağsız salatlarda bal ya da yüksək froktozlu olan qarğıdalı siropu qatılır. Yenə yağsız qurabiyə və kekslərdə 20 qramdan çox şəkər var. Buna görə də əgər yağla bağlı probleminiz yoxdursa və şəkər bağlılığından qurtulmaq istəyirsinizsə yağsız məhsullardan uzaq durun.
Şəkəri süni şəkərə dəyişməyin
Təbii yollarla hazırlanmış şəkər süni şəkərə dəyişdirmək bu bağlılıqdan qurtulmaq istəyənlər üçün məsləhət görülmür. Aparılan araşdırmaya görə şəkəri süni dadlarla dəyişmək siqareti puroya dəyişmək kimidir. Çünki insan hələ də o dadı dadmış olur. Araşdırmalar nəticəsində süni şirin dadlardan itifadə edən bir çox adamın yenidən şəkərinin qalxdığı müəyyən edilir.
İdmana başlayın və pəhrizinizə südü əlavə edin
Çox şəkər yemək, beyindəki bəzi hissləri daha aktiv edir. Məsələn beyində olan özünü mükafatalndırma hissi. Bu da şəkər yeməkdən əl çəkməyi çətinləşdirir. Ən çox süddə olan pendir suyu proteini yüksəldir. Xoşbəxtlik hormonu olaraq da adlandırılan serotoninin insulinin tənzimlənməsinə kömək edir, qandakı şəkər miqdarının normal səviyyəyə gəlməsini təmin edir. Həmçinin idman etməklə serotoninin yükəlməsi arasında da bağlılıq olduğu məlum olub. Beləliklə şəkər vərdişini azalda bilərsiniz.
Sağlamlıq üçün vacib qidalar yanınızda olsun
Gün ərzində şəkər və şokolad yeməmək üçün yanınızda alma, fındıq, fıstıq, quru üzüm və ya simit kimi sağlamlıq üçün vacib qidaları qəbul edin. Bu cür qidalar qəbul etməklə şəkər və şokolad yeməyinizin qarşısını ala bilərsiniz.
Yuxusuzluq şəkərli qidalardan imtina etməyi çətinləşdirir
Aparılan araşdırmalara görə insanların gün ərzində yuxulu olmaları yüksək kalorili və şəkərli qidaları yeməməsini çətinləşdirir. İnsan yuxusuz olduqda, beynindəki özünü mükafatlandırma mexanizmi daha yaxşı işləyir. Beləliklə, şokolad və şəkərə yox demək daha da çətinləşir. Buna görə də yuxu saatlarınız normaya salmanız, bu vərdişdən əl çəkmənizə kömək edəcək.