seks

Seks haqqında 7 qeyri-adi tarixi fakt

Baxış sayı: 1. 071

1) Qədim Roma “qraffitilərinin” bir çoxu – ədəbsiz yazıdır

Eramızın 79-cu ilində Vezuviy vulkanın püskürməsi Pompey şəhərini məhv edir. Lakin artıq XVIII əsrdə şəhəri qazıb çıxarırlar və araşdırmağa başlayırlar.

Müəyyən olub ki, şəhərin divarları yazılarla doludur. Onların əksəriyyəti təbliğat, təhqir, sevgi etirafı və ədəbsizlikdən ibarət idi. Onlardan bir neçəsini təqdim edirik:

“Əgər kimsə Veneraya inanmırsa, mənim sevdiyim qıza baxsın”

“Mən qulluqçu qız ilə yatmışam”

“7-ci legionun əsgəri Floroniy burda olub. Qadınlar demək olar ki onu görməyib. Yalnız onlardan altısı məni tanıyıb”.

“Teofil, it kimi şəhər divarının dibində qızlarla oral sekslə məşğul olma”.

“Restituta, xahiş edirik tunikanı soyun və bizə intim yerlərini göstər”.

“Frakiyalı qladiator Selad – bütün qızların sevinci”

“Apelles Mus və onun qardaşı Dekster iki dəfə məmnunluqla iki qızla sekslə məşğul olub”.

 

2) Britanıyalı kəşfiyyatçılar spermanı görünməz mürəkkəb kimi istifadə ediblər

Birinci Dünya Müharibəsi zamanı britaniyalı kəşfiyyatçılar və xəfiyyələr gizli məlumatların təhlükəsiz ötürülmə yollarını axtarırdılar. Mensfil Kamminq bunun üçün bədən ifrazatının istifadə edilməsini tövsiyyə edir.

Çünki yod buxarları sperma yazısını ifşa etmirdi. Lakin o geniş şəkildə istifadə edilməsi. Səbəb – kəskin qoxu və mürəkkəbi alınmasının çətinliyi.

3) Napoleonun penisi kolleksionerlərin əllərində gəzir (dəqiq deyil)

Ehtimal var ki, ölümündən sonra Napoleonun həkimi Françesko Antommarki onun ürəyi və mədəsi ilə birgə cinsiyyət orqanını da kəsir.

100 il ərzində bu orqan əldən ələ keçir və 1927-ci ildə Fransız İncəsənəti Muzeyinin eksponatına çevrilir. 1977-ci ildə onu amerikalı uroloq Con Latimerə satırlar.

2007-ci ildə uroloqun ölümündən sonra qızı onun bütün kolleksiyasını satmaq qərarına gəlir. Lakin sözügüdən orqana alıcı tapılmır.

Məsələ ondadır ki, eksponatın həqiqi olması təsdiqlənməyib. Heç kim də bahalı olan DNT testi aparmaq istəmir.

4) XV-ci əsrdə gələcək Roma Papası II-ci Piy “İki sevgilinin hekayəsi” adlanan erotik əsər yazıb

II-ci Piy kimi tanınan Enea Pikkolomini adi yepiskop katibindən Roma Papası səviyyəsinə qalxıb. Gənc vaxtlarında o erotik hekayələr yazırdı. Onlardan ən məşhuru “İki sevgilinin hekayəsi”dir.

5) XVII-ci əsrdə İngiltərədə qadınlar sevgililəri üçün xüsusi çörək bişirirdilər

XVII-ci əsrə ingilis yazıçısı və filosofu Con Onri öz “Remaines of Gentilisme and Judaisme” kitabında yazır ki, gənc qızlar öz sevgililəri üçün xüsusi çörək bişirirdilər. Onun əsas xüsusiyyəti, xəmiri arxa nahiyyə (gündəyməz yer ilə) yoğrulmasıdır.

 

6. XVII və XVIII əsrlərdə pudralanmış pariklər sifilis səbəbindən dəbdən düşmüşdür

Hesab edilir ki, kişi pariklərini dəbə fransız kralı XIV-cü Lüdovik mindirir. Buna səbəb onun yeniyetmə yaşlarından keçəlləşməsi olub. Ondan sonra hamı parik taxmağa başlayır.

Parikləri populyar edən iki səbəb var idi. Birincisi – bitlər. Pariki bitlərdən təmizləmək saçları təmizləməkdən daha asan idi. İkincisi – sifilis. Onun fəsadlarından biri saçların sürətlə tökülməsidir. Parik bu problemi gizlədirdi.

7) İlk vibartorlardan birini Kleopatra icad edib

Brenda Lav öz “Encyclopedia of Unusual Sex Practices” kitabında yazır ki, Kleopatra özünəməxsus vibrator prototipi istifadə edib. O, balqabağı arılarla doldurub, onu yaxşıca bağlayırdı.

Sonra isə balqabağı cinsiyyət orqanlarına yaxınlaşdırırdı. Arıların uçmasının yaratdığı titrəmə effekti ona həzz verirdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir