QADIN

Sellülitdən necə qurtulmalı?

Baxış sayı: 2. 082

Qadınların ortaq dərdi olan sellülit əleyhinə hər gün yeni bir krem istehsal edilir. Ancaq sellüliti aradan qaldırmağın ilk çıxış yolu qidalanmanı nəzarətdə saxlamaqdır.

Sellüliti yox etmək çətin deyil. Sadəcə müəyyən şərtlərə əməl etmək lazımdır. Çəki artımı zamanı sellülit yaranır. Yağ hüceyrələri yarandısa, çox asanlıqla yox olmazlar. Buna görə az yağlı, xeyirli qidalar yeməniz məsləhətdir. Qidalanma proqramında edəcəyiniz bəzi dəyişikliklər yağ hüceyrələrinin məhvini tezləşdirir, iltihabı azaldır. Kollagen toxuma istehsalını artıraraq sellülitlə mübarizə aparmağa kömək edir. “Gencaile.az” sellülitə faydalı olan içkilərin siyahsısını sizə təqdim edir.

 

Su

Su cildin nəmliyini qoruyaraq elastikliyini itirməsini əngəllləyir. Bununla vücudda artıq şişlərin toplanmasına mane olur. Metobolizmanı sürətləndirir, toksin maddələrin uzaqlaşmasını təmin edir.

Yeni sıxılmış meyvə suyu

Ananas, portağal, kivi tərkibindəki C vitamini ilə kollagen toxuma istehsalını təmin edir. Banan potasium qaynağı olduğundan şişkinliyi əngəlləyir, maddələr mübadiləsini sürətləndirərək vücudda maye toplanmasına mane olur. Qırmızı meyvələr, moruq, böyürtkən kimi meyvələr yüksək antoksidanla zəngin olduğundan maddələr mübadiləsi probleminə və sərbəst radikallara qarşı təsir göstərərək toxuma zədələnməsinin qarşısını alır. Gündə 1 stəkan üzüm, portağal, kivi, qreyfrut suyu içərək sellülitdən qurtula bilərsiz.

 

Limonad

Şəkər azlığına görə insulin normasını  təmin edir. Vücudu toksinlərdən təmizləyir, esterogen səviyyəsini nizamlayır. Tərkibindəki flavonoidlər antioksidan təsir göstərir. Gündə 2 limonla hazırlayacağınız şəkərsiz və zəncəfilli limonadla sellüliti azalda bilərsiz.

 

Tərəvəz suları

İspanaq, xiyar, təzə qırmızı bibər, pomidor, kərəvəz, brokoli kələmi sellülitlə mübarizə aparan tərəvəzlərdir. Bu qidalar yüksək su tərkibinə görə sellültə qarşı vücud görünüşünü qoruyur.

 

Az yağlı süd        

Az yağlı, yağsız süd məhsulları yüksək kalsium tərkibinə görə yağların yanmasını sürətləndirir. Sellülit görünümünün yüngülləşməsinə kömək edir.

 

Yaşıl çay    

Yaşıl çay antoksidan anbarı hesab olunur. Yaşıl çay metobolizmi sürətləndirir. Yağ əridən təsirə malikdir. Gündə 1-2 fincan zəncəfil, limon, yaşıl çay qarışımını hazırlayıb içməlisiz.

 

Zəncəfil

Aspirin kimi təsirə malik olub qan damarlarında düyünlərin yaranmasına mane olur. Qan dövranını və axınını rahatladır. Antiiltihab təsirə malikdir.

 

Qidalanmanızda edəcəyiniz dəyişliklərlə sellülitə qarşı mübarizə aparın.     

– Gün ərzində 2-2.5 litr su için.

– Duz və duzlu qidaları azaldın. Pendirləri suda saxlayaraq yeyin. Gündə 0.5 qram duz qəbul edin.

– Spirtli içkilər, kola, qazlı içkilərdən mümkün qədər uzaq durun.

– Şəkərli qidalar və şirniyyatlardan uzaq durun.

– Qara tam taxıl məhsullara üstünlük verin. Makaron, ağ çörək, düyü və şəkərli qidalar qanda insulin səviyyəsində enib qalxmalara səbəb olduğundan vücudu yağ toplanması haqqında xəbərdarlıq edir. Pomidor, düyü, kök yeməməyə çalışın.

– Vücudda su atılmasını təmin edən bitki çaylarını  məlumatsız şəkildə istifadə etməyin.

– Balıq və balıq yağı, kallogen sintezini dəstəkləməklə yanaşı cildə elastiklik verir, vücudun sıxlaşmasını təmin edir. Qızıl balıq, qoz, badam və zeytun yağı lazımlı yağ turşularıyla zəngindirlər. Cild toxumasının bərpa edilməsinə kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir