yemeye ne var

Semlor şirniyyatı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 650

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə İsveç mətbəxinin nümunəsi olan semlor şirniyyatının hazırlanma qaydasını təqdim edəcəyik.

 

İnqrediyentlər

Kremi üçün ¾ st krem və ya süd

100 qram marzipan

2 x.q. döyülmüş badam içi

1 ç.q. döyülmüş hil

2 x.q. toz şəkər

Xəmir üçün 1 ç.q. maya

6 x.q. otaq istiliyində yağ

1 ədəd yumurta

1 st. ilıq süd

1 ədəd döyülmüş hil

1 ç.q. duz

 

Hazırlanma mərhələsi

Dərin bir qabın içərisinə ilıq süd tökülür, içərisinə quru maya əlavə edilir və yaxşıca qarışdırılır. Bir neçə dəqiqə saxlanılır. Sonra üzərinə yumurta və hil əlavə edilir. Daha sonra unu az-az əlavə edərək yoğrulur. Yoğurmağa davam etdikcə içərisinə Super Sun yağı hissə-hissə əlavə edilir. Xəmir alınınca və bütün ərzaqlar bir-birinə qarışdıqdan sonra yoğurma prosesi dayandırılır. Xəmirdən qoz böyüklüyündə kündələr ayrılır. Bişirmə kağızı sərilmiş soba qabına aralıq buraxmaq şərtilə düzülür. Üzərinə dəsmal sərib 30 dəqiqəyə qədər özünü tutmağa qoymaq lazımdır. Şişib qozdan daha böyük olacaq kündələr. Sonra üzərlərinə fırçanın köməyilə yumurta sarısı çəkilir. Əvvəlcədən 190 dərəcədə isidilmiş sobada üzərləri qızarana qədər 15-20 dəqiqə bişirilir. Sobadan çıxarılıb 15 dəqiqə soyudulur. Badamlı krem üçün: 1. Marzipan, krem və şəkər birlikdə mikserdən keçirilir. 2. İçərisinə hil, badam əlavə edilir, yenidən mikserdən keçirilir. Qatı hal alanda artıq badamlı krem hazırdır. Üzəri üçün: Soyuq süd və krem şantinı yaxşıca qarışdırıb, soyuducuda 20 dəqiqə soyutmaq lazımdır.

Birləşdirmə prosesi:

İlıqlaşan xəmirlərin üz hissələri nazik şəkildə kəsilir. Xəmirin iç hissəsi bir az çıxarılır və badamlı krem qaşıqla doldurulur. 2. Krem şanti bir krem paketinə yığılır, ucu kəsilir və kremin üzərinə sıxılır. Kəsilən qapaqlar da yenidən qoyulur. Şəkər kirşanı səpilərək servis edilir.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir