sevgi

Sevən xanımların əməl etməli olduğu 10 qayda

Baxış sayı: 3. 956

Əlbəttə ki, hər münasibət özlüyündə fərqlidir. Amma hər kəs üçün keçərli olan və “sevgi kitabı”nda yazılmayan bəzi qaydalar var. Kişini nə qədər sevirsinizsə sevin, amma riayət etməniz gərəkən bəzi qaydaları unutmayın. “Gencaile.az” qadınlar üçün həmin qaydaları təqdim edir.

 

1. Sosial media aludəsi olmayın   

Hazırda daha çox isifadə edilən twitter və facebookdan başqa digər sosial şəbəkələrin aludəçisi olmayın. Sevgilinizin sosial şəbəkələrdə paylaşdığı hansısa bir şəklini bəyənib, şəkillərinə  hər zaman rəylər yazmaqla onu bezdirməyin. Əgər onu izləyirsinizsə, bunu gizli edin.

 

2. İlk gündən sosial şəbəkədə “sevgili münasibətində” olduğunuzu qeyd etməyin

Sevdiyinizlə ilk görüşdən sonra facebookda dərhal onunla münasibətinizin olduğunu qeyd etməyin. Bu, ümidsiz olduğunuzu göstərir. Bir müddət səbr edin. İlk addımı onun atmasını gözləyin. Gördünüz səs yoxdur, özünüz münasibət durumunuzda “sevgili” yaza bilərsiniz.

 

3. O olmayanda dostlarıyla görüşməyin

Sevgilinizin dostlarıyla aranızın yaxşı olması, onların da sizi öz aralarına qəbul etməsi yaxşıdır. Ancaq unutmayın ki, onlar sizin sevgilinizin dostlarıdır. O olmadan onun dostlarıyla görüşməniz bəyənilməz. Düşünün, əgər o, siz yox ikən rəfiqələrinizlə görüşsə, nə hiss edərdiniz?

 

4. Onu sizi təriflədiyindən çox tərifləməyin        

Çox yaraşıqlı, bacarıqlı, geniş ürəkli biriylə münasibətdə ola bilərsiniz. Onun yaxşı biri olması haqqında ona iltifat edə bilərsiniz, amma arada-sırada! Çox iltifat etsəniz, özündən razılığı artar və qətiyyən iltifatın qarşılığını ala bilməzsiniz.

 

5. Onun önündə duyğu dəyişiklikləri yaşamayın

Kişinin yanında əvvəl gülüb bir iki dəqiqə sonra da ağlamayın. Kişilər belə qadın istəməz.

 

6. Onu təkrarlamayın

Sevgilinizə ayaq uydurmağa çalışmanız gözəl şeydi. Ancaq bu işdə həddini aşmayın. Eyni mahnıdan, filmdən xoşlanmaq məcburiyyətində deyilsiniz. O, rep xoşlayırsa, repçi olmanıza gərək yoxdur. Əgər yanınızdadırsa, deməli, sizi olduğunuz kimi sevir.

 

7. Onun dostlarıyla rəfiqələrinizin arasını düzəltməyə çalışmayın

Sevgilisinin subay dostuna öz subay rəfiqəsini düzəltməyə çalışan çox qadın var. Ancaq məsələ sevgilinizin dostudundan gedirsə, bu cür təhlükəli oyuna girməniz lazım deyil. Onların davalarında arada qala bilərsiniz, bu da sizin münasibətinizə mənfi təsir göstərə bilər.

 

8. Çağırılmadığınız yerə getməyin

Sevgiliniz sizi bir yerə aparmırsa, məcburi, ya da xəbərsiz ora getməyin. Pis halla qarşılaşa bilərsiniz. Aparmırsa, deməli, hansısa səbəbi var.

 

9. Platonik sevgilərinizdən danışmayın

Hansısa tanınmış aktyora aşiq ola bilərsiniz. Və əgər onunla hansısa münasibət qurmaq mümkünsüzdürsə, bu haqda sevgilinizə danışmasanız yaxşıdır. Sevdiyiniz məşhurun şəkillərini facebookda paylaşmısınızsa, sevgiliniz görmədən onları dərhal silin.

 

10. Ona adlar qoymayın

Uzun müddətdir birlikdə olan cütlüklərin bir-birinə şirin ləqəblər qoyması çox gözəldir. Ancaq siz yeni tanış olduğunuz üçün buna tələsməyin. Ona hansısa ləqəb taxmaq hələ tezdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir