1- Hər həftə sonu bir işini bəhanə edərək, səninlə görüşməyi təxirə salırsa …
2- Gün ərzində sənin zəng etməyinə baxmayaraq, telefonunu açmır və sənə vaxtı olanda zəng etmirsə …
3- Əvvəl sənə toxunmaq üçün fürsət axtarsa da, birdən-birə səninlə dost söhbəti etməyə başladısa …
4- Sən hər kəsə onu sevgilin olaraq tanıtdığın halda, o kimsəyə səndən bəhs etmədi, hətta ən yaxın dostunun belə varlığından xəbəri yoxdursa …
5- Onu qısqandırmaq üçün başqalarının sənə maraq göstərdiyini söyləyəndə, kiçik bir reaksiya belə göstərmirsə …
6- Sən onun haqqında hər şeyi öyrənməyə çalışarkən, o səninlə əlaqədar ən kiçik məlumatı belə yadda saxlamırsa…
7- Onu xoşbəxt etmək üçün bütün pulunu verib , ən sevdiyi şalvarı alsan da, o səndən bir dəstə çiçəyi əsirgəyirsə …
8- Qısqandığını və kədərləndiyini bilə-bilə yanında olarkən başqalarına baxırsa …
9- Geyimini tənqid edir, ən kiçik bir komplement belə etmirsə…
10- Romantik bir filmdə əlini tutmaq yerinə, kürəyini çevirib oturmağı seçirsə …
11- Onu axtardığında səsində ən kiçik bir narahatçılıq hissi yoxdursa …
12- Artıq ona toxunmağından xoşlanmır, dərhal başqa bir işlə məşğul olmağa başlayırsa …
13- Gələcəklə əlaqədar planlardan danışanda mövzunu dəyişdirir və gözlərini qaçırırsa …
14- Onu nə qədər çox sevdiyini söylədiyində, söhbəti zarafata çevirirsə …
15- Ona çox ehtiyacın olduğunu söylədiyində belə əhəmiyyətsiz hesab edir və müxtəlif bəhanələr deyirsə…