13

Sevda İbrahimlinin "Əfsanəyə döndülər" kitabının təqdimatı keçirildi

Baxış sayı: 520

28 noyabr 2025-ci il tarixində Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Yazıçılar Birliyinin üzvü, vətənpərvər şairə Sevda İbrahimlinin Salyan rayonunun şəhidlərinə həsr etdiyi “Əfsanəyə döndülər” kitabının dövlət səviyyəli təqdimat mərasimi keçirildi.

Tədbirdə aparıcılığı təlimçi və təşkilatçı, TELANGroup MMC-nin direktoru Gülnarə Cəbiyeva etdi.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Ardınca Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Aparıcı Gülnarə Cəbiyeva tədbirin məqsədi, şəhidlərimizin qəhrəmanlıq yolu və kitabın əhəmiyyəti barədə çıxış etdi.

7

Rəsmi çıxışlar və təqdimatlar

İlk çıxış ev sahibi qismində MKS-in direktoru Səidə Əliyevaya verildi.Salyan Şəhidlərinə həsr edilmiş video çarx təqdim edildi.

Müğənni və mədəni təşkilatçı Zəminə Duyğu “Şəhid anası” mahnısı ilə tədbirə duyğusal anlar yaşatdı.

Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, 5 kitab müəllifi Püstə Hüseynova “Salyan salnaməsi” kitabını kitabxanaya hədiyyə etdi.

Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Salyan rayonu üzrə nümayəndə Şamxal Əhmədov vətənpərvərlik mövzusunun gənclər üçün əhəmiyyətindən danışdı.

Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil Bayranov tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara təşəkkürünü bildirdi.

“Sənəd Dünyasının Nuru” jurnalının və “Kanal F5” media qurumunun xüsusi müxbiri Hicran Həsənova şəhid ailələrinin informasiya dəstəyinə ehtiyacı barədə fikirlərini bölüşdü.Sevda xanıma təşəkkürünü bildirdi.

Salyan rayon Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin rəhbəri İlham İsayev musiqili şeir ifası ilə tədbirə xüsusi rəng qatdı.

TELANGroup MMC adından Vətən uğrunda vuruşmuş qəhrəmanların xatirəsinə həsr olunan tədbirlərin təşkilində göstərdiyi xidmətlərə görə tədbirin ərsəyə gəlməsində dəstəyu olan və çıxş edən şəxslər təltif edildi.

“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, ictimai xadim Faiq Əhmədov, Sevda İbrahimliyə, Gülnarə Cəbiyevaya və müğənni Anar İlhamlıya fəxri diplom və döş nişanları təqdim etdi.

Müğənni Anar İlhamlı vətənpərvər mahnıları ilə tədbir iştirakçılarını duyğulandırdı.

TELANGroup MMC-nin baş psixoloqu və Tərəqqi Akademiyasının direktoru Fazilə Camalova, Sevda İbrahimliyə Beynəlxalq İnformasiya Alyansı tərəfindən Firdovsi bəy adından 1-ci dərəcəli “Xurşidbanu Natəvan” fəxri medalı və sertifikat təqdim etdi.

1

 

Tədbirin ən təsirli məqamlarından biri şəhidlərimizin şəkilləri üzərində hazırlanmış kitabların onların yaxınlarına təqdim olunması idi. Şəhid ailələri də müəllif Sevda İbrahimliyə gül dəstələri və xüsusi hədiyyələr təqdim etdilər.

Tədbirdə Salyan rayon deputatı Günay Ağamalının köməkçisi də iştirak etdi. Sevda xanım Günay xanım üçün kitab hədiyyə  göndərdi.

Sonda tədbir iştirakçıları ilə xatirə fotoları çəkildi və uzaqdan gələn qonaqlar üçün çay süfrəsi təşkil olundu.

12

2

3

4

15




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir