rengler

Sevdiyin rəng və sən…

Baxış sayı: 1. 902

Sevib seçdiyiniz rəngə görə xasiyyətinizi bilmək istəyirsiniz? O zaman buyurun xəbərin ardına.

 

Ağ rəng

Ağ rəngə üstünlük verənlər ekstaz vəziyyətinə tez düşürlər, onların intuisiyası və təsəvvürü güclüdür. Həyatda sakitliyə üstünlük verirlər. Bu insanlar tamamilə zidd xasiyyətlidirlər- gah özlərinə qapanırlar, gah da əksinə.

Bu insanlara yaşıl qaşlı bəzək əşyaları uyğundur. Bundan başqa ağ rəngi sevdikləri üçün mirvari, oniks və ya opal daşlarını da seçirlər.

 

Sarı rəng

Sarı rəngi xoşlayanlar yaradıcı, güclü iradəsi və mənəviyyatı olan insanlardırlar. Onlar hakimiyyəti sevirlər. Həm elmdə, həm biznesdə, həm də incəsənətdə müvəffəqiyyət qazana bilərlər. Daim xoşbəxtliyə can atırlar və ona nail olmaq üçün əllərindən gələni edirlər. Çatışmayan cəhətləri isə lovğalıq və dikbaşlıqlarıdır.

Narıncı rəngə üstünlük verənlər də eyni xüsusiyyətlərə malikdirlər, lakin onlar həyatın seksual sferasına daha böyük önəm verirlər. Sevgi və sekslə bağlı hər şeydə bacarıqlıdırlar.

 

Yaşıl rəng

Tünd yaşıl rəngi sevənlər – inadkardırlar. Qızılı rənglə yaşılın ahəngini xoşlayanlar isə özləri üçün hər bir şəraiti yaradırlar: maddi cəhətdən, hörmət etibarı ilə hər şeyə sahib olmağa can atırlar. Sakitliyi və təbiəti sevirlər. Onların yanında yaxınları arxalarında dağ hiss edirlər.

Seksual sferanın onların həyatında böyük əhəmiyyəti var. Sevgi və seksdəki uğursuzluq onu sarsıdır. Güclü iradəyə malik insanlardır. Bütün çətinliklərin öhdəsindən gələ bilərlər.

Açıq-yaşıl rəngə üstünlük verənlər isə yumşaq xasiyyətli olurlar. Əməkdaşlığı yüksək qiymətləndirir və diplomatiyaya meyillidirlər. Zərif, dəqiq, məsuliyyətli və ağıllı insanlardır.

Açıq yaşıl rəng cavanlığın, yazın, yüngüllüyün rəngidir.

 

Mavi rəng

Tünd mavi rəng – gecə səmasının rəngidir. Sözün geniş mənasında səyahətçilərin seçimidir. Daim biliyə can atırlar. Adətən hərbçi və ya dənizçi olurlar. Çünki xasiyyətlərindəki qaynayan həyat buna sövq edir. Onlar həyatı sevir, enerjilidirlər.

Açıq mavi rəngi sevənlər xəyalpərəstliyi, romantizmi ilə seçilir. Səyahəti sevirlər. Dəniz, su daim onları özünə çəkir. Ünsiyyətçil və dostsevərdirlər. Adətən onları ətrafdakılar çox sevir. Kollektivdə olmağı xoşlayırlar.

Açıq mavi rəng – qadınlığın, analığın, təhlükəsizliyin və ailə münasibətlərinin rəngidir. Ona görə də bu rəngi sevənlər analarına dəhşət bağlı olanlardırlar.

Seksual həyatda sakitdirlər. Onları həyatın emosional-intellektual sahəsi daha çox maraqlandırır. Platonik sevgi, hisslər, romantikaya önəm verirlər. Onlar daxilən zərif və mənən gözəl xüsusiyyətlərin daşıyıcılarıdırlar.

Onlara gümüş və mavi çalarlı daş-qaş yaraşır: firuzə, mavi akvamarin, mirvari, opal və s.

 

Bənövşəyi rəng

Qeyri-adi insanlardırlar. Azadlığa can atırlar. Onların həyatı sürprizlərlə doludur.

Bu insanlar bəzən yuxuya gedirlər. Lakin bu sükut partlayışdan öncəki sükutdur. Ünsiyyətçildirlər, lakin incəsənət, elm, dünyagörüşü ilə bağlı mövzulara üstünlük verirlər. Həyatın mənəvi tərəfini vacib hesab edirlər. Buna görə də bu insanlar özləri kimilərlə ünsiyyətə üstünlük verirlər. Təhlükədən qorxmurlar, sürəti sevirlər. Lakin sağlamlıq baxımından zəifdirlər.

Bu insanlara ametist, kəhrəba, sarı kvars yaraşır.

 

Qara rəng

Mübarizəyə daim hazır olan insanların rəngidir. Onlar ehtiraslı və çılğındırlar. Emosiyaları parlaq və ekstremaldır. Əgər sevirlərsə, bütün varlığı ilə sevir, nifrət edirsə deməli bu dəhşətli nifrətdir.

Seks onların həyatında aparıcı rol oynayır. Çox ehtiraslıdırlar. Həyatda hər şeyin üzərinə gedirlər, heç nə onları saxlaya bilməz.

Daş-qaşa gəlincə – qara daşlar (aqat, obsidian) və ya yaşıl daşlar (zümrüd, amazonit, açıq malaxit) uyğundur.

 

Çəhrayı rəng

Yumşaq xasiyyətli, zərif insanlardır. Həyatın xəyal və nağıl kimi olmasını düşünürlər. Romanlardakı sevgi hekayələri haqda xəyal edirlər. Buna görə də xəyallardan oyanıb reallığı dərk etdikdə böyük sarsıntı keçirirlər.

Bu insanlar fantaziyalarında özlərini olduqlarından yüksək qiymətləndirirlər. İş tapşırılan zaman isə müəyyən problemlərlə üzləşirlər. Onlar ömürlərinin sonlarına qədər uşaq xarakterli qalırlar.

 

Qırmızı rəng

Ehtiraslıdırlar. Bu xüsusiyyət işə, sevgiyə və dostluğa da aiddir. İstənilən halda lider olmağı sevirlər. Əgər emosiyalara qapılmasalar, o halda onlardan yaxşı lider alınar. Həyatı çox sevirlər və mümkün olan və olmayan vəziyyətlərdə bütün arzu və istəklərini həyata keçirməyə can atırlar. Vicdan əzabı çəkmirlər.

Qırmızı rəng romantik rəng deyil. Vəhşi ehtirasın rəngidir. Bu insanlar ovu, riskli idmanı, avtomobil yarışlarını, at çapmanı xoşlayırlar. Bununla yanaşı bu rəngi sevənlər bəzən zərifliyə meyilli olurlar. İnanılmaz dərəcədə təmiz və əksinə qəddar diktator ola bilərlər.

Tez əsəbiləşib özlərindən çıxırlar və eləcə tez də sakitləşib bağışlamağı bacarırlar. Qırmızı rəngdə sadə daş-qaş seçə bilərlər.

 

Boz rəng

Tünd boz rəngi sevənlər – güclü məntiqi düşüncəyə malikdirlər. Elmi, tibbi və ya texnikanı sevirlər. Ən çətin problemləri belə həll etməyə qadirdirlər. Səliqəlidirlər. Əşyalar, planlar, həyat, münasibətlər qaydasında olmalıdır.

Seksual həyatda təmkinli olurlar. Əgər nədəsə məyus olurlarsa dərhal bu hissin öhdəsindən gələrək onu aradan qaldırırlar. Süleymandaşı, qırmızı yaqut, qırmızı əqiq və s. Onlara uyğundur

Qırmızı daş-qaşlar ən yaxşı seçimdir. Çünki onlar boz tona təravət bəxş edir.

Açıq boz rəngi sevənlər çox ağıllıdırlar, dərrakəlidirlər. Həmçinin cəld və yorulmazdırlar.

 

Qəhvəyi rəng

Bu insanlar kifayət qədər təmkinli və dolğundurlar. Bütün hərəkətlərini öncədən düşünürlər. Daim yeni biliklərə can atırlar. Onlar tənhalığı, sakitliyi qiymətləndirir və xoşlayırlar. Ciddi insanlardır. Hər şeyə səliqəli və ehtiyatlı münasibət göstərirlər.

Həmçinin bütün gücləri ilə hakimiyyətə can atırlar.

Sevgidə aktivdirlər, vaxtlarının çox hissəsini ona sərf edirlər. Həyatın digər sahələrində olduğu kimi sevgidə də sakit və təmkinlidirlər. Daim düşünməyə meyillidirlər. Onları cəmiyyətdəki problemlər, siyasi vəziyyətlər çox maraqlandırır.

Onlara yaşma və aqat, həmçinin narıncı əqiq yaraşır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir