sevgi

Sevgi beyinə necə təsir edir?

Baxış sayı: 1. 623

Sevir, sevmir? Sən demə insan beynini maqnit rezonans tomoqrafiyasına salmaqla onun aşiq olub-olmadığını bilmək olarmış.

Çinin İkan universitetinin əməkdaşları müəyyən ediblər ki, sevən adamların beyinlərinin bəzi hissələrində fəallıq artır. Universitetin 100-ə yaxın tələbəsinin üzərində aparılan müayinə zamanı alimlər onları 3 qrupa bölüb.

İlk qrupa aşiq olduqlarını düşünən şəxslər daxil olub. İkinci qrupa uzun müddətdir heç kəslə münasibətdə olmayanlar, 3-cüyə isə heç vaxt aşiq olmadıqlarını iddia edənlər aid edilib. Könüllülər üzərində həyata keçirilən maqnit rezonans tomoqrafiyası zamanı onlardan heç bir şey barədə düşünməməkləri xahiş olunub

Aşiq olduqlarını düşünən şəxslərin ən aza 30 faizi sən demə həqiqətən də sevmirmiş. Onların beyinlərinin sevgiyə cavabdeh olan 3 əsas hissəsi -emosional tənzimləmə, sosial dərk və dinamikaya cavab verən şöbələrində o qədər də güclü fəallaşma nümayiş olunmayıb. Uzun müddət münasibət qurmayanların isə 10 faizinin əslində aşiq olduğu ortaya çıxıb. Heç vaxt sevməmişəm deyənlərin isə az qala yarısını Maqnit rezonans cihazı yalançı çıxarıb. Maraqlıdır ki, respondentlərin hamısı meydana çıxan nəticələrlə razılaşaraq hər şeyi etiraf etməli olublar. (Atv.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir