Aydan-Memmedova

Sevgi istəyi: Konfliktlərin arxasında yatan səbəblər

Baxış sayı: 444

“Sevgi yaranan bütün duyğuların köküdür”. 

Günümüzdə insanlar arasında yaranan konfliktlərə daha çox rast gəlirik. Hətta kənardan baxıb yaranan konfliktdə haqlı və ya haqsız birini axtarırıq. Eyni zamanda onları qınayırıq. Bəs nə vaxtsa sual vermisiz ki, görəsən niyə dava edirlər? Nədir görəsən səbəb? Və yaxud da konfilikt daxilində olan şəxslər heç bir anlıq da olsa durub özünüzə sual vermisiz ki, biz nə üçün dalaşırıq axı. Ola bilsin sizdə maraq oyatdı ki, nə üçün konfliktlərdən mövzuya keçid etdim və ya nə əlaqə var deyə bilərsiz. Sevgisiz böyüyən uşaqlar haqqında düşündükdə, ağlımıza ən fundamental ehtiyaclarından biri olan sevginin gücü gəlir. Sevgi, insanların özlərinə və ətraflarına olan inamını, psixoloji sabitliyini və həyatlarını formalaşdıran güclü bir qüvvədir. Çünki sevgi ilə böyüyən uşaqlar duyğuların doğruluğunu ayırd edə bilir. Konfliktlərin 100-dən 90 faizi  sevgisizlikdən yaranır. Sevgisiz böyüyən uşaqlar:

  • Özünü doğru şəkildə ifadə edə bilmir
  • Özlərini doğru qiymətləndirə bilmir
  • Asılı tipə sahib olurlar
  • Qurban rolunda olmağı üstünlük sayır
  • Öz sevgisini yanlış yerlərdə axtarır ( bu ona kədərləndirsədə kiçik sevgiyə görə nələrdənsə imtina edə bilmir)
  • Özlərinə qapanıq olurlar.
  • Ünsiyyətcil( daha az danışmağı üstün tuturlar, sanki dinlənilmədiklərini düşünürlər)
  • Özlərini tanımaq və qəbul etməkdə çətinlik yaşayırlar.
  • İstənilən münasibət daxilində tez bağlanırlar
  • İtirmə qorxusu olur
  • Bəzən mərhəmətli, bəzən isə tam əksi qəddar olurlar
  • Və bəzi insanlara görə dəyişən hallar müşahidə etmək olar.

valideyn

Yuxarıda qeyd etdiyim kimi, insanlara görə dəyişir bəzi hallar. Məsələn, sevgisiz böyüyən uşaqlarda özünə və ya ətrafa qarşı aqressiyaya rast gəlmək olar. Bununla da zərər verən birinə çevrilə bilərlər. Hətta cinayətkarlara da diqqət etsək, sevgisizlikdən yanlışlara yol verirlər. Uşaq vaxtından da görmək olar buları. Necə? Diqqət çəkmək üçün valideynlərin sevdiyi əşyalara zərər yetirmək kimi, deyinlənləri etməmək, inadkarlıq, qəsdlə olunan davranış pozuntuları və s.

Sevgi hissinin olmaması həyyatın çox böyük hissəsini əhatə edir. Gəlin bərabər sevginin həyatımızda roluna diqqət edək.

Sevgi, insan varlığının sütunlarından biridir. Özəlliklə uşaqlar üçün sevgi, sosial inam və emosional sabitlik üçün əvəzolunmaz bir mənbədir. Uşaq, ailəsi tərəfindən şərtsiz sevildiyini hiss etdikdə, özünü qiymətli və qəbul edilmiş hiss edir. Bu hiss, onun həyatı boyu insanlarla münasibətlərdə sağlam güvən duyğusunun təməlini qoyur. Buna görə də, sevgi ilə böyüyən uşaqlar, daha sağlam psixoloji və emosional bacarıqlara sahib olurlar və onu başqaları ilə daha çox dinc və razılaşdığını görə bilərik.

Ancaq sevgisiz bir mühitdə böyüyən uşaqların bu duyğusal balansı əldə etmələri çətinləşir. Sevgi və diqqət etməmək, uşağın özünü rədd etməsinə səbəb olur. Bu boşluq olduğu zaman uşaq emosional bağ qurmaqda, münasibətlərində diqqət etməkdə çətinlik çəkirlər.

Burdan valideynlərə,valideyn olacaq şəxslərə, hətta gənclərimizə səslənirəm.Valideyn ana və atadan ibarətdir. Uşaqlarınızı sevin! Ola bilər ki, görmədiyiniz sevgini qarşıda övladınıza göstərə biləsiz. Haqlısız! Amma kiçik də olsa, nələrinsə fərqində olub o zəncirləri qıra bilərsiz. Həyatınızdan şikayət edib, dünyanın sonunun gəldiyini deyirsiz. Əl birliyi ilə öyrəndiyiniz yanlışlarla deyil, doğru bildiklərinizlə həyatınızı və gələcək həyatları xilas edin! Öz daxili gücünüzün fərqinə varın.

Sağlam həyat, sağlam özünü tərbiyədən keçir.

 

Psixoloq Aydan Məmmədova




5 şərh “Sevgi istəyi: Konfliktlərin arxasında yatan səbəblər

  1. İmdad Aslanov

    yazı çox düşündürücüdür və sevginin insanların həyatındakı rolunu gözəl bir şəkildə vurğulayır.

    Cavabla
  2. Asif Vəliyev

    Yazının başındakı “Sevgi yaranan bütün duyğuların köküdür” ifadəsi çox güclüdür. Bu, insan davranışlarının arxasında yatan motivasiyaları anlamaq üçün əhəmiyyətlidir. Sevgi, münasibətlərin sağlığı üçün əsasdır.

    Cavabla
  3. Cabbar Qarayev

    Konfliktlərə dair suallar vermək, insanların bir-birini anlamağa çalışması üçün önəmlidir. Yazıda qeyd etdiyiniz kimi, sevgisizlikdən doğan konfliktlər, insanların bir-birini qınamaqdansa, daha dərindən anlamalarına səbəb ola bilər.

    Cavabla
  4. İlayda Musayeva

    Yazının sonunda “öz daxili gücünüzün fərqinə varın” ifadəsi, özünü inkişaf etdirməyə və sevgini paylaşmağa yönləndirir. Bu, həm şəxsi, həm də ictimai bir məsuliyyətdir.

    Cavabla
  5. Jalə Qasımova

    Yazının tərkibi düşündürücüdür və müsbət bir dəyişiklik üçün ilhamvericidir. Sevgini gücləndirmək və paylaşmaq, cəmiyyətin sağlamlığını artırmağa kömək edə bilər.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir