er arvad

Sevgi münasibətini pozan 5 SƏHV

Baxış sayı: 1. 675

Bəzi söz və davranışlar siz fərqində olmadan münasibətinizin “qatili” ola bilər. Təqdim etdiyimiz bu səhvləri etməsəniz, münasibətinizi məhv olmaqdan xilas edə bilərsiz.

Tənqid bombası. “Onsuz da bir gün belə olsun məni dinləmədin, elə hey çığırırsan. Bacarıqsızsan. Məni üzməkdən zövq alırsan?” kimi tənqidlər qəlb qırmaqdan başqa işə yaramır. Bunun yernə “Məni çox üzdün, qəlbimi qırdın” kimi ifadələr duyğusal mesaj verərək münasibətinizə müsbət yansıyacaq.

Damğa vuran cümələlər. “Heç dəyişmirsən. Bir gün də olsa yaxşı tərəfini görə bilməyəcəm?“ kimi ifadələr sevgilinizə damğa vurmaqdan başqa bir şey deyil. Madam ki, o, dediyiniz kimi illərdir dəyişmir, bəz sizin halınız nədir?  Yəni siz nə vaxt dəyişmisiz? Özünüzü dəyişdirməyə başlayın.

Haqlı olmaq problemi. Ən mərhəmətsiz hal haqlı olmaq problemidir. Özünü həmişə haqlı görüb qarşısındakını haqsız vəziyyətə salmaq cütlükləri məhv edən ən travmatik problemlərdən biridir. Problem nə olur olsun, arada “mən harda səhv etdim?”, – deyə düşünün.

Həmişə onu günahlandırmaq. Münasibətinizin yükünü həmişə qarşı tərəfə yükləmək onu əsəbi və gərgin edə bilər. Buna görə işləri ortaq məxrəcə gələrək həll etməyə çalışın.

Psixoloq kimi davranmaq. Münasibəti uçurumdan aşağı yuvarlayan önəmli səbəblərdən biri də hər şeyi bilirmiş kimi davranmaqdır. Nə qədər təcrübəli olursuz olun münasibətdə hər şeyi bilirmiş kimi davranmayın. (ailem.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir