Yeni il həm də sehirli bayram hesab olunur. İngilislər bu günü müxtəlif rituallar həyata keçirirlər.
“Gencaile.az” “axşam.az”-a istinadən bayram ritualları təqdim edir:
Uğursuzluqları dəf edən ritual
İşləri düz gətirməyən, hər addımda uğursuzluqla qarşılaşanlar, Yeni ildə yeni həyata başlamağı arzulayanlar bu ritualı etsinlər. Ritual sənə bol uğur və şans gətirəcək.
İstəmədiyin və sənə uğursuzluq gətirən əşyaları yandıra biləcəyin tonqal qala. Köhnə, sənə pis hadisələri xatırladan əşyalarını tonqalda yandır. Əgər belə bir əşya yoxdur deyirsənsə… Onda kağız və qələm götürüb, uğursuzluğunu və kədərini əks etdirən simvollar çək: tonqalda da elə bunları yandır. Uğursuzluqların tonqalda yanan ərəfədə onun ətrafında rəqs et, ayaqlarını yerə vur, qışqırıb hoppan. Ritual ərəfəsində yemək və içki içmək qətiyyən olmaz.
Pulları cəlb etmək üçün sehirli sözlər
Deyilənə görə, bu ritualı edən Yeni ildə varlanar. Heç kimin olmadığı və gəlməyəcəyi bir yerə qəpiklər düz. Üstünə 3 ədəd yaşıl şam qoyub yandır. Şamlar yandıqca təsəvvür et ki, göydən pullar cibinə tökülür. Bunu nə qədər aydın və real təsəvvür etsən, Yeni ildə bir o qədər çox pul qazanarsan.
Şamanlardan məsləhət:
İngilis şamanlar hər il bütün müştərilərinə bu ritualı təkrarlamağı məsləhət görürlər: 1 yanvar günü yuxudan oyananda üzünü su ilə yumaqdansa, dollarla sil. Şamanlar bu hərəkətin çox uğurlu olduğunu iddia edirlər.
Mistik məktub
31 dekabr günü özünə məktub yazıb, üstünə 1 manatlıq əskinaz qoyub, zərfə yerləşdir. Yeni ildə məktubu açıb, pulu saxla. Bu, sənə uğur və çoxlu pul gətirəcək.
Bunları et:
Soyuducuya qırmızı torba qoy. İçərisinə 3 ədəd qəpik pul (xəritə tərəfi üzü yuxarı) qoy.
Masadakı boşqabların altına qəpiklər düz. Bu boşqablarda yemək yeyənləri Yeni ildə bol ruzi, qazanc gözləyir.
Yeni ilin ilk zəngi çalınanda qəpiyi ovcuna qoyub sıx, firəvanlıq və çoxlu pul arzulayıb, qəpiyi badənin içərisinə atıb, sona kimi iç. Sonra qəpikdə dəlik açıb, ondan brelok kimi istifadə et.
Arafel sehri
Bu sehir Yeni ildə kasıbçılığı, qəmginliyi, tənhalığı, xəstəlikləri, söz-söhbətləri uzaqlaşdırmaq üçündür. 24:00-a 30 dəqiqə qalmış şamlar yandırın. Alova baxıb, gözlərinizi yumub, bu sözləri pıçıldayın: “bütün kədər, qəm, uğursuzluq bu şamda yan, kül ol”. Beləcə, bütün bəlanı özünüzdən uzaqlaşdıracaqsınız.
Bol ruzi
Yeni il ərəfəsində qırmızı kağız götür. Üzərinə tünd və ya açıq-yaşıl rəngli qələmlə yeni ildə əldə etmək istədiyin məbləği yaz. Üstünə 10 qəpik yapışdırıb, ətrafına isə qəpik şəkilləri və əskinaslar çək. Sonra kağızı büküb, qırmızı və qızılı lentlə bağla. Onu küknar ağacının ən hündür yerindən as. 1 yanvar günü onu çıxarıb, heç kimin görməyəcəyi yerdə gizlət.