Hesab edilir ki, insanı dəyişmək qeyri-mümkündür. Ya onu olduğu kimi sevmək, ya da başqasını axtarmaq lazımdır. Amma kişilər və qadınlar arasında elələri var ki, sevməyi bacarmırlar. Siz və ya sevgiliniz belə insanlardan deyilsiniz ki?
Bunu suallar vasitəsilə müəyyən etməyə kömək edəcək.
1. Yaxşı aşiq nəyə qadirdir?
A. Sevgisi uğrunda hər gün özünü qurban edər
B. Sevgisi uğrunda həyatını verər
C. Onun üçün dünyanı dəyişər
2. Sizcə, sevgiliniz sizi nə zaman qiymətləndirir:
A. Bahalı hədiyyələr edəndə
B. Təhlükəli situasiyalarda düşünmədən köməyinizə çatanda
C. Heç zaman çatışmayan cəhətlərinizi vurğulamayanda
3. Bir neçə müddət birlikdə yaşayandan sonra sevgilinizdə bəzi xoşagəlməz xüsusiyyətlər görürsünüz. buna görə siz:
A. Çalışırsınız ki, onlar yoxa çıxsın
B. Münasibətləri kəsirsiniz
C. Onun olduğu kimi görünməyə haqqı var deyərək daha çox yaxşı cəhətlərinə fikir verirsiniz
4. Yanınızda partnyorunuz başqası ilə heyrətlənir
A. Ona yalnız sizinki olması üçün yalvararsınız
B. Rəqibinizi öldürəcəyinizlə hədələyərsiniz
C. Düşünərsiniz ki, o, yalnız sizə heyran olmamalıdır
5. “Mən səni sevirəm” sözləri nə zaman deyilir?
A. Siz bunu xahiş edəndə
B. Siz danışanda həmişə
C. Təbii alınır
6. Uzunmüddətli münasibətlərin təminatı nədir?
A. Maddi bağlılıq
B. Sönməyən sevgi
C. Dostluq, qarşılıqlı anlaşma və dərin bağlılıq
7. Uşaqlar sizin üçün nə anlama gəlir?
A. Bu, partnyoru saxlamaq üçün əla vasitədir
B. Bu sizin məhəbbət idilliyanızı korlaya bilər
C. Bu, bir-biriniz haqqında mütəmadi xatırlatmadır
8. Partnyorunuzu qane etmək asandır? Bunun üçün
A. Seksual giqant olmalısan
B. Hər dəfə çılğın ehtiras nümayiş etdirməlisiniz
C. Onu nəyin ehtiraslandırdığını tapmalısan
9. Kosmetik vasitələr və parfümeriyadan tez-tez istifadə edirsiniz?
A. Arabir
B. Sevgilinizlə görüşə hazırlaşanda
C. Həmişə, bu sadə qulluqdur
10. Partnyorunuzda təəssürat yaratmağa çalışırsınız?
A. Xeyr, belə də hər şey yaxşıdır
B. Ancaq bunu edirsiniz
C. Siz fərqli bir şeylə heyrətləndirməyi sevirsiniz
11. Hansı deyimlə razılaşırsınız:
A. Məhəbbətə ilk təşəbbüsü həmişə kişi etməlidir
B. Əgər təşəbbüsü qadınlar etsə, kişilər özlərini sıxılmış hiss edirlər
C. Kişilər çox zaman təşəbbüsü qadınların öhdəsinə buraxmağı sevirlər
12. Sonuncu söhbətinizin məzmununu xatırlaya bilərsiniz?
A. Bu, önəmli deyil
B. Bəli, onun hər bir sözü sizin üçün vacibdir
C. Bəli, onun da yadında olduğundan əminsiniz
Nəticələri hesablayaq
Əgər “A” cavabı çoxluq təşkil edərsə:
Deyəsən, sizə nə isə çatmır. Ya münasibətləriniz “ölüb”, ya da yanınızda istədiyiniz adam deyil.
Əgər “B” cavabı çoxluq təşkil edərsə:
Siz əla məşuqsunuz, amma sevginin məğzini elə də dərindən anlamırsınız. Ola bilsin yenicə aşiq olmusunuz və sizi konrket insan yox, məhəbbət ideyasının özü həyəcanlandırır.
Əgər “C” cavabı çoxluq təşkil edərsə:
Sizin sevginiz realdır və partnyorunuzla münasibətləriniz düzgün qurulub. Əgər hazırda tənhasınızsa, bu yalnız təsadüfdür. Bir az da gözləməlisiniz.