Sevgi və ayrılıq gənc cütlüyə baxaraq zövq alırdılar.
Ayrılıq sevgiyə dedi: Mən onları ayıraram, bəhsə girək?
Sevgi dedi: Gəl belə edək – mən onlara bir dəfə yaxınlaşım, sonra qalanı sənlikdir.
Neçə dəfə istəsən sən yaxınlaşa bilərsən – onda baxarıq sən onları ayıra bilərsənmi?
Ayrılıq razılaşdı.
Sevgi gənc cütlüyə yaxınlaşdı, onlara toxundu və gözlərinə baxdı: Orda necə qığılcımlar yarandığını gördü. Kənara çəkildi və dedi: Mən işimi bitirdim, indi növbə sənindir.
Ayrılıq: Yox, mən indi onlara yaxınlaşsam da xeyri yoxdur – indi onların qəlbi SEVGİ ilə doludur. Mən sonra gələrəm.
Vaxt keçdi. Ayrılıq bir gün evinə baxdı və gördü ki, gənc ana qucağında körpəsi dayanıb oğlanla söhbət edir. Ümid etdi ki, sevgi artıq keçib və yaxınlaşdı cütlüyə… Onların gözünə baxanda orda MİNNƏTDARLIQ gördü. Çevrilib otaqdan çıxdı və dedi: sonra gələrəm.
Yenə vaxt keçdi. Ayrılıq yenə bu evə yaxınlaşdı və gördü ki, evdə uşaqlar səs-küy salır, kişi evdən yorğun gəlib, ana uşaqları sakitləşdirməyə çalışır. Dedi ki, indi onları mütləq ayıra biləcəm, sevgi və minnətdarlıq çoxdan bu evdən gediblər.
Amma onların gözünə baxanda orda orda HÖRMƏT və ANLAŞMA gördü. Çevrilib otaqdan çıxdı və sonra gələrəm – deyə düşündü.
Bir müddət beləcə keçdi… Ayrılıq bəhsi unutmamışdı., sevgiyə uduzmaq istəmirdi. Yenə gəldi, artıq uşaqlar böyümüşdü, ağsaçlı ata onlara nə isə izah edirdi, ana mətbəxdə yemək hazırlayırdı. Onların gözünə baxanda orda İNAM gördü
Mən sonra gələrəm dedi və çevrilib getdi.
Bir dəfə gələndə qoca qarını gözü yaşlı gördü və fikirləşdi – deyəsən, mən gecikmişəm, zaman mənim işimi görüb axı. Qadının gözlərinə baxdı və orda XATİRƏ gördü – sevgidən, minnətdarlıqdan, hörmətdən, anlaşmadan və inamdan bir xatirə.
Yenə bir müddət keçdi Ayrılıq bu evi unutmamışdı. Yenə ora baş çəkdi: evdə nəvələr qaçışır, hamamın qarşısında qoca bir qadın oturub nəsə fikirləşirdi. Ayrılıq baxdı və düşündü: əsl mənim zamanım gəlib. Artıq çoxdan xatirələri də unudub. Elə qadının gözlərinə baxmaq istəyəndə, o durdu və evdən çıxdı. Ayrılıq onun arxasınca getdi. Qadın qəbiristanlığa gəldi və bir qəbrin yanında dayandı – bu, onun həyat yoldaşının məzarı idi. Qadın heç nəyi unutmamışdı.
Səbinə Məmmədova